Banner
Banner

Xəbərlər

Həkim pediatr uşaq poliklinikalarındakı dəhşətin – ÜSTÜNÜ AÇDI

Həkim pediatr uşaq poliklinikalarındakı dəhşətin – ÜSTÜNÜ AÇDI
12:48 11 May 2021

“Çoxdan deyirəm ki, uşaq poliklinikalarında qan analizi verməyin. Bəs bu camaat nə etsin? Özəl klinikada 12-18 manat vermək imkanı olmayan nə etsin? Bunu başını boş buraxdığımız səhiyyəmizdə düşündülərmi görəsən?”

Tibb.fed.az bildirir ki, bu sualları həkim-pediatr Aytən İsmayılzadə sosial hesabında paylaşıb. Onun sözlərinə görə, uşaq poliklinikalarında qan analizatoru olmadığı üçün azyaşlıların analizlərinin nəticələri səhv çıxır. Bu poliklinikalarında həyata keçirilən qan analizi tamamilə səhv məlumatları göstərir və bu da yanlış müalicəyə səbəb  olur: “Artıq İcbari tibbi sığorta tətbiq olunur və hələ də poliklinikanın yalnış, natamam, "troyka" adı ilə insanlara sırışdırılan qan ümumi  analizinə əsasən müalicə təyin olunur.

Poliklinika baş həkimləri də səsini çıxarmaz. Çünki kreslosundan, vəzifəsindən olar. Sahə həkimləri  də neynəsin, göndərəcək özələ, xəstə deyəcək faiz almaq uçun göndərdi.

Baş həkim də otağına çağırıb tənbeh edəcək ki, "səhvdi - düzdü olanımız budur,  özəl klinikadan sənə gələn iki manatı qoy elə valideyn burda səhv analizə versin".

A.İsmayılzadə təəssüf hissi ilə yazır ki, indiyə kimi poliklinika rəhbərləri birləşib qan analizatoru istəməyiblər. Onun sözlərinə görə, poliklinikalar  qan analizatoru aparatları ilə təchiz olunmalıdırlar. Belə ki, köhnə üsulla hemoqlobin təyini bu günkü vaxtda yolverilməzdir.

“#usaqpoliklinkasınaqananalizatoruverilsin  haştağı ilə paylaşın, hörmətli kolleqalar. Baş həkimlərimizin edə bilmədiyini özunüz edin. Səhv diaqnoz səhv müalicə və pis nəticə deməkdir. Talassemiya daşıyıcılığıın geniş yayıldığı ölkə olaraq MCV dəyəri daxil olmaqla geniş parametrli  umumi qan analizi və ferritin analizi yoxlamadan bizim tək hemoqlobinlə anemiya diaqnozu qoyub dəmir təyin etməyimiz səhvdir..”

Həkim-pediatr vurğulayıb ki, həmişə yalnız poliklinika nəticəsinə görə dəmir alan uşaqlar arasında bəlkə də neçə-neçə talassemiya  daşıyıcıları var ki, qanında dəmir dolub daşır.

Bu isə artıq miqdarda olan dəmirin orqanlara çökməsi, onların işini pozması, məsələn mədəaltı vəzi zədələdiyi halda gələcəkdə şəkərli diabetin inkişafına yol açması deməkdir: “Bir sözlə, uşaq poliklinikalar qan analizatoru ilə təmin edilməlidir. Bəli, bu özəl klinikaların qazancını xeyli azaldacaq. Bəlkə elə bu sistem xətrinə indiyədək bu iş bu yerdə qalıb. Amma İcbari tibbi sığortanın tətbiq olunduğu bir zamanda bu artıq gülüncdür və utancvericidir”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner