Banner
Banner

Xəbərlər

Fransada testdə bilinməyən koronavirus və - 3-CÜ DALĞA

Fransada testdə bilinməyən koronavirus və - 3-CÜ DALĞA
13:07 17 Mart 2021

Bu barədə Fransanın baş naziri Jan Kasteks ölkə parlamentindəki çıxışı zamanı bildirib: "Bir çox variantla xarakterizə olunan bir növ epidemiyanın üçüncü dalğasındayıq".

Bu arada Fransanın şimal-qərbində, Bretan bölgəsində, test vasitəsilə müəyyənləşdirilməsi çətin olan, əvvəllər bilinməyən yeni bir koronavirus növünə yoluxma halları aşkar edilib.

Lannion şəhərindəki xəstəxanalardan birində qeydə alınan infeksiya yeni bir növün varlığını təyin etməyə kömək etdi. Aşkarlanan 79 infeksiya hadisəsindən səkkizi yeni  növün təzahürüdür.

Hələ martın 10-da Robert Koch İnstitutunun prezidenti, professor Lothar Veller koronavirus infeksiyasının üçüncü dalğasının tezliklə Avropanı vura biləcəyinə dair xəbərdarlıq etmişdi. Mütəxəssis dövlətləri "minlərlə insanın həyatını xilas etmək" üçün təhlükəsizlik tədbirlərinə maksimum dərəcədə riayət etməyə çağırmışdı. Və vaksinasiyanın vacibliyini vurğulamışdı.

Faktı Fransanın Səhiyyə Nazirliyi də təsdiqləyib. Bildirilib ki, Bretan bölgəsində aşkarlanan bu növə yoluxma hallarında xəstəlik əlamətləri müşahidə olunsa da, test nəticələri neqativ göstərib. Bu növ virusa yoluxma diaqnozu qoymaq üçün seroloji qan testindən keçmək zəruridir.

Hazırda alimlər bu növün təsirlərini müəyyənləşdirmək üçün araşdırmalar aparırlar. Mutasiyanın peyvəndlərə və antikorlara reaksiyasının da sınaqdan keçiriləcəyi bildirilib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner