Banner
Banner

Xəbərlər

Filippində koronavirusun yeni ştammı – QEYDƏ ALINIB

Filippində koronavirusun yeni ştammı – QEYDƏ ALINIB
10:40 14 Mart 2021

Martın 13-də Filippin hökuməti respublikada koronavirusun yeni variantının aşkarlandığını təsdiqləyib. “ABS-CBN” media qrupu bildirir ki, P.3 adlanan yeni ştamma bu günədək ümumilikdə 98 nəfər yoluxub.

Tibb.fed.az Rusiyanın TASS agentliyinə istinadən xəbər verir ki, bununla yanaşı, bu ölkənin Səhiyyə Nazirliyi Braziliyadan qayıdan filippinlidə koronavirusun Braziliya variantının (P.1) tapıldığını bildirib.

Nazirliyin məlumatına görə, P.3 və P.1 variantları B.1.1.28 ilə eyni mənşəlidir. Bu ştammın daha yoluxucu olması, yaxud da vaksinin səmərəliliyi ilə bağlı problemlər yarada biləcəyi hələlik sübut olunmayıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner