Banner
Banner

Xəbərlər

EKSKLÜZİV – Azərbaycanda ilk dəfə olaraq sağlam beşəm –DOĞULDU

EKSKLÜZİV – Azərbaycanda ilk dəfə olaraq sağlam beşəm –DOĞULDU
01:15 13 İyun 2021

Azərbaycan səhiyyəsində bir ilk yaşanıb.

Tibb.fed.az xəbər verir ki, 13 iyun tarixində gecə saat 00.10-da Reproduktiv Sağlamlıq Mərkəzində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gəlib. Qız – 1200, oğlanlar isə - 1100, 1100, 1000 və 845 qramdırlar. 28 həftə 3 günlük olan körpələr sağlamdırlar. Xəstəxanadan aldığımız məlumata görə, anaları Lamiyə Mürşüdlünün vəziyyəti də yaxşıdır.

Körpələr süni mayalanma nəticəsində dünyaya gəliblər. Həkimlər Dr.Önder Tulumbacı, Emin Haqverdiyev və Sevinc Qarayeva olub.

Xatırladaq ki, əvvəllər yalnız bir dəfə beşəm dünyaya gəlib. Lakin onların heç biri yaşamamışdı. Respublika Perinatal Mərkəzdə doğulan körpələrin ölməsinin səbəbi kimi 24 həftəlik olması göstərilmişdi. Reproduktiv Sağlamlıq Mərkəzinin təcrübəli həkimləri və güclü komandası sayəsində isə yeni doğulanlar 28 həftəliyə kimi ana bətnində inkişaf edə biliblər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner