Banner
Banner

Xəbərlər

Dünyanın 10 ən bahalı dərmanı – SİYAHI - MƏBLƏĞLƏR

Dünyanın 10 ən bahalı dərmanı – SİYAHI - MƏBLƏĞLƏR
23:46 27 Yan 2021

Sağlamlıqda yaranan problemlər, xəstəliklər, təkcə diskomfort və həyat üçün təhlükə deyil. Xəstəliklərin müalicəsi və xəstələrə qulluq həm də böyük xərclər deməkdir.

Bu xərclər özünü müalicə xidmətlərində və dərmanların qiymətində göstərir. Adətən insanlar bir neçə yüz dollar dəyərində olan dərmanları bahalı hesab edir. Amma dünyada həddən artıq bahalı dərmanlar da var. Onların bahalığı həm hazırlandığı maddələrin qıtlığı, həm də yalnız xüsusi xəstəliklərin müalicəsində istifadə olunması ilə bağlıdır.

Tibb FED.az dünyanın ən bahalı 10 dərmanını təqdim edir.

10. İnvokana

 

Invokana – 2014-cü ildə diabetə qarşı istehsal olunub. Onu qanda şəkərin səviyyəsini tənzimləmək üçün Metformin ilə birlikdə qəbul edirlər. Bu, çox bahalı həbdir: onun aylıq xərci 532 dollara qədər dəyişə bilir. Sığorta edən idarələrin dava-dərman üzrə formulyarlarına (xidmət kitabçaları) əsasən, İnvokana 2-ci qəbildən olan preparatlara aiddir, ancaq qayda üzrə pasiyentlərə sığorta təminatını almazdan öncə сцбут етмяк лазымдыр ки, хястяйя İnvokanaдан башга мцалиъя кюмяк етмяйяъяк.

9. ADVAIR

Advair özü-özlüyündə adətən AXOX (ağciyərlərin xroniki obstruktiv xəstəliyi) və astma zamanı təyin olunan inhalyasiya üçün vasitəni təmsil edir. O, iki əsas komponentdən – kortikosteroid (flutikazon) və beta-aqonistdən (salmeterol) ibarətdir. Bu komponentlər ağciyərdəki iltihabı azaltmağa, nəfəs yollarını təmizləməyə və bir sözlə, nəfəs almanı yüngülləşdirməyə kömək edir. Advair son dərəcə effektiv və hədsiz bahadır – bir inhalyatorun qiyməti 588 dollara qədər dəyişir.  

8. RESTASIS

Restasis – həddindən artıq göz quruluğu olan pasiyentlər üçün təyin olunmuş göz damcısıdır. 30 flakondan ibarət 0,4 ml.-lik qablaşdırılmanın qiyməti 588 dollar olacaq və sığorta şirkətlərinin əksəriyyəti bu dərmana görə ödəniş etməzdən əvvəl ilkin icazə tələb edəcəklər. Yeri gəlmişkən, Restasis müştəri üçün əlçatmazdırsa, quru gözləri müalicə etmək üçün başqa variantlar da mövcuddur, hansı ki həkimlə müzakirə etmək olar.

7. NOVOLOQ (NOVOLOG)

Novoloq – 1 və 2-ci tipli diabet xəstəliyinin müalicəsi üçün tez təsir edən insulin preparatıdır. Son bir neçə ildə onun qiyməti hər il 11 % artıb və indi ayda təxminən 633 dollar təşkil edir. Digər analoji vasitələr kimi bu yeni dərman növü də tibbi sığortaya aiddir, lakin buna xəstələrin də xeyli vəsait xərcləməsi tələb olunur.

6. TRUVADA

Truvada – infeksiyaya yoluxmamış yüksək risk qrupunda olan şəxslərdə İİV-nun (İnsanın İmmunçatışmazlığı Virusu) qarşısını almağa kömək edən inqilabi resepturalı 1-cili profilaktik preparatdır. Araşdırmalara görə, həftədə 4 dəfə qəbul etmək bu dərmanın effektivliyini 90-96%-ə çatdırır. Həbin qiyməti ayda 1978 dollardan baha başa gəlir.

5. HUMIRA

Humira – revmatoid artriti və Kron xəstəliyinə qarşı dərmandır. Bu preparatın 30 günlük müalicə kursu 7719 dollara başa gəlir, nəğd qiyməti isə son bir neçə il ərzində hər il 18 % artır. Bundan başqa, Humir ən yüksək sığorta formulyar kateqoriyasına aiddir və əhəmiyyətli bir əlavə ödəniş tələb edir. Çox vaxt sığortaçılar əvvəlcədən icazə almağı və bu dərmanın dərəcəsi ilə bağli məhdudiyyətlər tələb edirlər.

4. MAYOZAYM (MYOZYME)

Mayozaym – ürək və skelet əzələlərinin artan deqradasiyasına səbəb olan çox nadir, bəzən öldürücü Pompe xəstəliyinə qarşı dərman vasitəsidir. Körpələrdə Pompe xəstəliyi həyatlarının ilk ilində ölümə səbəb ola bilər. Mayozaym xəstələrin ventilyatordan asılılığını azaldır və sağ qalma ehtimalını artırır. Bu son dərəcə faydalı dərmana olan illik xərc 100 min dollardan 300 min dollara qədər dəyişir.

3. AKTAR (ACTHAR)

Aktar uşaqlarda qıc olma, yaxud ürəkkeçmənin müalicəsi üçün həkimlər tərəfindən tövsiyə olunur. Bu xəstəlikdən 4-11 aylıq körpələr  əziyyət çəkir, baxmayaraq ki, 2 yaşa qədər də rast gəlinib. Aktar körpələrdən başqa, skleroz adıyla tanınan yaddaş pozğunluğu xəstəliyi olan böyüklərin də müalicəsində istifadə olunur. Bu preparatın illik kurs müalicəsi üçün 200 min dollardan çox pul lazım olur. Lakin 2017-ci ildə Aktarın effektivliyinin yoxlanılması üçün aparılan araşdırılma göstərib ki, o nisbətən ucuz preparatlarla müqayisədə çox da güclü təsirə malik deyil.

2. SOLİRİS (SOLIRIS)

Soliris dərmanı - paroksizmal (xəstəliyin vaxtaşırı təkrar və qəfil tutması) hemoqlobinuriya gecə tutmalarının müalicəsi üçün istifadə edilir. Bu, bütün dünyada cəmi 8000 nəfərdə aşkar olunan nadir xəstəlikdir. PGH (paroksizmal gecə hemoqlobinuriyası) zamanı pasiyentin qanında infeksiya, anemiya, qan və tromblar yaranmasına gətirib çıxaran eritrositlər məhv olur. Solirisin illik müalicə kursu 700 min dollara başa gəlir.

1. QLİBERA (GLYBERA)

Qlibera – bütün dünyada ən bahalı preparatlardan biridir. Avropada irsi liporpoteinlipaza çatışmazlığının müalicəsi üçün istifadə olunur. Bu xəstəlikdən Avropada cəmi 1200 və bütün dünyada milyona yaxın insan əziyyət çəkir. Dərmanın illik kurs müalicəsi 1,2 milyon dolları ötür.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner