Banner
Banner

Xəbərlər

Dünyada COVİD-19 əleyhinə vurulan peyvəndlərin sayı – 1 MİLYARDA ÇATIR

Dünyada COVİD-19 əleyhinə vurulan peyvəndlərin sayı – 1 MİLYARDA ÇATIR
12:02 24 Aprel 2021

Yaxın günlərdə dünyada koronavirus əleyhinə vurulan peyvəndlərin sayı 1 milyardı ötəcək.

Tibb.fed.az bu barədə “Bloomberg” agentliyinə istinadla xəbər verir.

Agentliyin məlumatına görə, aprelin 22-dək dünyada ümumilikdə 966 milyon peyvənd vurulub. Dünyada hər gün təxminən 16 milyon peyvənd vurulur. Beləliklə, 1 milyardlıq hədd bu həftəsonu keçiləcək.

“Bloomberg”in baş ofisinin yerləşdiyi ABŞ-da vaksinasiya səviyyəsi adəti üzrə tam peyvənd olunanların sayı ilə deyil, tətbiq olunan peyvəndlərin sayı və ya istifadə olunan vaksin dozaları ilə qiymətləndirilir. Beləliklə, tam peyvənd olunanların sayı hələ də 1 milyarddan əhəmiyyətli dərəcədə azdır - əksəriyyət peyvəndin yalnız ilk dozasını alıb.

Qeyd edək ki, bu günə qədər Azərbaycanda koronavirusa qarşı 1,5 milyona yaxın peyvənd vurulub.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner