Banner
Banner

Xəbərlər

Dünya koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır – ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATI

Dünya koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır – ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATI
09:45 17 Aprel 2021

Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır: son iki ay ərzində yoluxanların sayında hər həftə təxminən ikiqat artım qeydə alınıb.

Tibb.fed.az xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qabreyesus bildirib.

O deyib: “Son iki ayda dünyada həftəlik qeydə alınan yeni yoluxma hallarının sayı təxminən iki dəfə artıb. Bu isə bizi bütün pandemiya dövrü ərzində yoluxmaların ən yüksək səviyyəsinə yaxınlaşdırır”.

ÜST rəhbəri vurğulayıb ki, “əvvəllər COVID-19 virusunun geniş yayılmasından yaxa qurtaran bəzi ölkələr” hazırda yoluxmaların sayının kəskin artması ilə qarşılaşır. Bununla əlaqədar Baş direktor Papua-Yeni Qvineyadakı mürəkkəb vəziyyətə diqqət çəkib. 2021-ci ilə qədər bu ölkədə 900-dən az yoluxma və 9 ölüm halı qeydə alınmışdısa, hazirda  9300-dən çox yoluxma və 82 ölüm halı hesablanıb.

ÜST Cenevrədə həftəlik epidemioloji bülletendə xəbər verib ki, COVID-19-a yoluxmaların artımı yeddinci, ölüm hallarının artımı isə dördüncü həftədir ardıcıl olaraq davam edir. Ötən həftə 4,5 milyondan çox yeni yoluxma halları barədə məlumat daxil olub ki, bu da əvvəlki yeddi gün ilə müqayisədə 11 faiz çoxdur. Ölüm hallarının sayı 7 faiz artıb.

ÜST-nin məlumatına görə, cümə axşamı dünyada koronavirusa yoluxmaların təsdiqlənmiş sayı 24 saat ərzində azı 805 min artaraq, 137 milyon 860 min nəfəri, ölüm hallarının sayı 13 min artaraq, 2 milyon 960 min nəfəri ötüb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner