Banner
Banner

Xəbərlər

Donor orqanlarının transplantasiyası səlahiyyəti bu tibb müəssisələrinə - VERİLDİ

Donor orqanlarının transplantasiyası səlahiyyəti bu tibb müəssisələrinə - VERİLDİ
16:05 3 May 2021

Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin səlahiyyəti artırılır.

Tibb.fed.az bildirir ki, Baş nazir Əli Əsədov dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsinə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Nizamnamənin 3.2.2-ci bəndinin (Müəssisənin vəzifələri) yeni redaksiyasına əsasən, dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq donor orqanların transplantasiyasını, habelə bu məqsədlə donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək səlahiyyəti verilir.

Nizamnamənin hazırkı variantına əsasən isə qanunvericilikdə nəzərdə tutulmuş hallarda, transplantasiya məqsədi ilə insan orqan və toxumalarını götürmək vəzifəsi dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinə həvalə edilmişdi.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner