Banner
Banner

Xəbərlər

Dezinfeksiya Mərkəzinin baş həkimi: "Məktəbdə infeksion xəstəlik aşkar olunarsa"... - AÇIQLAMA

Dezinfeksiya Mərkəzinin baş həkimi: "Məktəbdə infeksion xəstəlik aşkar olunarsa"... - AÇIQLAMA
12:15 15 Mart 2021

Səhiyyə Nazirliyi Bakı Şəhər Dezinfeksiya Mərkəzinin baş həkimi Akif Məmmədov: “Məktəbdə infeksion xəstəlik aşkar olunarsa həmin ərazi ocaqlı dezinfeksiya olunur.”

Dezinfeksiyaedici maddələrdən harada istifadə etməliyik?

Dezinfeksiyaedici maddələr ocaqlı və profilaktik dezinfeksiya məqsədilə istifadə olunur. Ocaqlı dezinfeksiyada infeksion xəstəlik keçirmiş xəstənin olduğu yer dezinfeksiya edilir, profilaktik dezinfeksiyadan isə infeksion xəstəliyin yaranmasının qarşısını almaq üçün istifadə edilir. Bu məqsədlə virus və bakteriyaların daha cox yayılmasına səbəb olan yerlər- əhalinin sıx məskunlaşdığı ərazilər, məktəblər, müəssisələr dezinfeksiya olunur.

 Dezinfeksiya zamanı istifadə olunan maddələr hansı xüsusiyyətə malik olmalıdır?

-Dezinfeksiyaedici maddələr mikroorqanizimləri yəni xəstəlikləri virus və bakteriyaları qısa müddətdə məhvetmə xüsusiyyətinə malik olmalıdır, həmçinin insan orqanizmi üçün də zərərsiz olmalıdır.

Hazırda məktəblərdə dezinfeksiya işləri hansı üsulla və hansı vaxt aralığında aparılır?

-Təhsil müəsisələrində dezinfeksiya işləri adətən nəm üsul ilə aparılır. Bu üsulda məktəblərdə dezinfeksiya işləri apardıqdan 2 saat sonra nəm dəsmal ilə silinməlidir. Dezinfeksiya məqsədilə bromosept istifadə olunur. Bu zaman da sinif otaqlarını partaları pəncərəaltlıqları, pilləkən tutacaqları dezinfeksiya olunur. Profilaktika məqsədilə həftədə 1 dəfə ancaq məktəbdə infeksion xəstəlik aşkar olunarsa istisna olaraq həmin ərazi ocaqlı dezinfeksiya olunur. Bu dezinfeksiyalarla yanaşı məktəblərdə növbələr arası cari dezinfeksiya işləri də aparılmalıdır.

Bu maddələrin insan sağlamlığına hər hansı bir zərəri varmı?

-Bu maddələr normalda insan orqanizmi üçün zərərsizdir, amma ehtiyatsızlıq nəticəsində əlimiz dəysə və yaxud da hər hansı nahiyyəmizə təmas etsə ziyanı ola bilər. Əldə, dəridə qaşınma, qızartı gözdə göynəmə hissi yarana bilər.

Dezinfeksiyaedici maddələrdən istifadə zamanı nələrə diqqət etməliyik?

-Əsasən təhlükəsizlik qaydalarına diqqət etməliyik. Bunun üçündə ilk öncə bu işi görən işçilər xüsusi geyimlərlərdən (xüsusi əlcək, maska, eynəklərdən) istifadə etməlidir. Digər insanların təhlükəsizliyi üçün müvafiq əməkdaşlar təlimatlandırılır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner