Banner
Banner

Xəbərlər

Dərin depresiv xəstəlikdən əziyyət çəkənlər daha erkən - ÖLƏ BILƏR

Dərin depresiv xəstəlikdən əziyyət çəkənlər daha erkən - ÖLƏ BILƏR
11:41 7 Aprel 2021

Dərin depressiya yaşlılığı sürətləndirə bilər.

Tibb.fed.az medikforum saytına istinadən bildirir ki, San Fransiskoda Kaliforniya Universitetinin çoxsahəli elm adamları qrupunun araşdırmasına görə, böyük depressiv pozuntusu olan insanlarda DNT-nin müəyyən bölgələrində sağlam insanların hüceyrələri ilə müqayisədə gözləniləndən daha yüksək metilasyon səviyyəsi aşkarlanıb.

Metilasyon, DNT-nin müəyyən yerlərdə kimyəvi modifikasiya olunaraq genin ekspressiv dəyişikliyi ilə nəticələnən bir prosesdir. Bəzi gen dəstlərinin metilasyonu adətən yaşla birlikdə proqnozlaşdırılan şəkildə dəyişir, lakin bu dəyişikliklərin dərəcəsi insandan insana fərqli dəyişikliyə məruz qalır.

Translational Psychiatry jurnalında yayımlanan araşdırmaya görə, böyük depressiv pozuntusu olan insanlardan alınan qan nümunələri metilasyon nümunələri üçün analiz edilib. Böyük depressiv pozuntusu olan fərdlər, eyni yaşdakı sağlam fərdlərlə müqayisədə ölüm riskinin artması ilə bağlı əhəmiyyətli dərəcədə daha yüksək bal toplayıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner