Banner
Banner

Xəbərlər

COVİD-li xəstələrin bəzilərində oksigen saturasiyasının qalxmamasının səbəbləri – HƏKİM AÇIQLAMASI

COVİD-li xəstələrin bəzilərində oksigen saturasiyasının qalxmamasının səbəbləri – HƏKİM AÇIQLAMASI
10:25 17 Aprel 2021

Ağır COVID xəstələrindən bəziləri süni tənəffüs aparatına qoşulandan sonra belə onlarda oksigen saturasiyası qalxmır. Halbuki ağciyərin digər infeksion iltihablarında, digər ödemlərində oksigenizasiya bu qədər çətinləşmir. COVID-in bu sahədə fərqi, özəlliyi nədədir?

Tibb.fed.az tanınmış anestesioloq-revmatoloq Şahin Məmmədovun bununla bağlı izahını təqdim edir.

Onun sözlərinə görə, tədqiqatlar göstərib ki, COVID 19 virusu hansısa mexanizmlə ağır xəstələrdə alveol daxilinə hialuron turşusu ifrazını artırır. Normada da tənəffüs yollarında bu turşu var, amma COVID vaxtı bu artır və alveol daxilində suyu özünə birləşdirərək qatı gel əmələ gətirir: “Oksigen və qan sərhəddində - alveollarda. Oksigen bu geli aşaraq alveoldan kapillyara keçə bilmir.

Qadınlar bu maddəni yaxşı tanıyır. Kosmetoloqların dəri fillingi istifadə etdiyi maddənin də tərkibində hialuron və onun törəmələri var. Suyu özünə çəkərək şişmə qabiliyyətinə malikdir.

Digər ödem və iltihablarda bu mexanizmlə gel əmələ gətirmə olmadığı üçün xəstəni süni tənəffüsə saldıqda oksigen saturasiyasını qaldırmaq asan olur”.

Dr.Şahin Məmmədovun sözlərinə görə, hazırda bu sahədə araşdırmalar aparılır, ağır xəstələrin müalicəsində  yeni pereparatların yaxın vaxtlarda istifadəyə veriləcəyi də istisna edilmir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner