Banner
Banner

Xəbərlər

COVİD-in ağır keçirilməsinin səbəbləri – HƏKİM SİRLƏRİ AÇDI

COVİD-in ağır keçirilməsinin səbəbləri – HƏKİM SİRLƏRİ AÇDI
17:59 19 Aprel 2021

Tanınmış anestezioloq-revmatoloq Şahin Məmmədov bəzi xəstələrin COVİD-i də ağır keçməsinin səbəblərini açıqlayıb.

Tibb.fed.az bildirir ki, öz açıqlamasında Ş.Məmmədov dəfələrlə şahidi olduğu məsələdən yan keçə bilməyəcəyini vurğulayıb.

“Dəfələrlə demişəm, gördüklərimdən bir daha da əmin olduğum üçün yenə deyirəm. COVİD-in bəzi xəstələrdə ağır keçməsinin səbəblərindən biri də lazımsız müalicələrdi. Məsələn: COVID + çıxan kimi geniş spektrli, güclü antibiotikərə başlayırsız. Elə bilirsiz antibiotik vurduqda temperaturunuz düşəcək. Amma görəcəksiz ki qızdırmanız düşmür, başqa antibiotikləri də qoşacaqsız”. Anestezioloq-revmatoloq bu halda bağırsaq mikroflorasının məhv olacağını və bunu faydalı bakteriyalara qarşı kütləvi qırğın silahının istifadəsi ilə müqayisə edib. “Həm də nahaq yerə, çünkü sizin düşməniniz bir virusdur, antibiotik bakteriyalar üçündü. Sizin mikroflora qırıldıqdan sonra bağlrsaqlarınızın hərəkəti pozulacaq. Diareya başlayacaq. Çoxlu su və elektrolitlər itirəcəksiz. Həmçinin də  bağırsaqlarınızdan nə bir dərman, nə də yedikləriniz sorulacaq. Buna malnutrisiya deyilir. Bağırsağın normal, faydalı mikroorganizmlərini öz əlinizlə öldürdüyünüz üçün vitamin K sintezi də pozulacaq”. Dr.Şahin Məmmədov vitamin K-nın orqanizmdə rolunu anladaraq onun qaraciyərdə sintez olunan 2, 7, 9, 10-cu laxtalanma faktorlarından başqa, həm də orqanizmin anti laxtalanma faktorları olan protein C və S-in sintezindən sonrakı modifikasiyası üçün lazım olduğunu qeyd edib. “Bu, o deməkdir ki, öz əlinizlə tromboz və qanaxma riskini artırdınız. Elektrolit, su itkisi, qida və vitamin çatışmazlığı immunitetinizi endirir, COVID üçün əla şərait yaradırsiz. Sonra da deyirsiz xəstə niyə ağırlaşdı? Ağırlaşacaq da. Mən hələ antibiotiklərin yaratdığı, müalicəsi çox çətin olan psevdomembranoz kolitdən danışmadım. Mən hələ sizə həqiqətən də antibiotik lazım olanda onların təsir etməyəcəyini yazmadım”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner