Banner
Banner

Xəbərlər

“COVİD idi, öldü...” – həkim infeksionistdən - HƏYƏCAN TƏBİLİ

“COVİD idi, öldü...” – həkim infeksionistdən - HƏYƏCAN TƏBİLİ
15:08 29 Mart 2021

“Son günlərdə ev şəraitində gördüyüm xəstələrin hamısı ağır gedişlidir. İstər cavan olsun, istər yaşlı insanlarda qısa müddətdə ağırlaşmalar görürəm”.

Tibb.fed.az bildirir ki,  həkim-infeksionist Vüqar Cavadzadə koronaviruslu xəstələrə ev şəraitində yanlış müalicə yazıldığını açıqlayıb. Onun sözlərinə görə, bütün bunları edənlər 15 gün modul tipli xəstəxanada işləyən tibb bacılarının özfəaliyyətidir. Tibb bacıları xəstələrə deyirlər ki, biz hər şeyi öyrənmişik, həkimlər hansı dərman yazırlar, hamısını bilirik. Biz ağır xəstələri dirildirik, sizdə nə var ki? Xəstələr də inanıb canlarını tibb bacılarına etibar edirlər”.

“İki gün ərzində başlayan qızdırma 40 dərəcəyə qədər yüksəlir. Yüksək qızdırma hərarətsalıcı preparatlara tabe olmur. Laborator göstəricilərə əsasən yazılan antibiotiklər effekt vermir, qızdırma düşmür.

Qısa müddətdə ağciyərlərdə geniş həcimli zədələnmə inkişaf edir. Hətta ağırlaşan xəstələrə deksametazon da kömək etmir. Bir sözlə kompleks müalicə istənilən klinik-laborator nəticə vermir. 2-3 gün ərzində xəstə sürətlə ağırlaşır, saturasiya sürərlə düşür. Onu da deyim ki, gördüyüm ağırlaşan xəstələrin hamısı ilk gündən Favipiravir qəbul ediblər. Onsuz da virusəleyhinə konkret dərman yoxdu, Favipiravir yazmaqla xəstəni daha tez ağırlaşdırırlar. Hətta ağır xəstələrə ancaq Favipiravirlə monoterapiya aparılır. Ağır olan xəstə digər tərəfdən dərmanın toksiki təsirinə məruz qalır. Nəticə nə olur? Covid idi öldü”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner