Banner
Banner

Xəbərlər

“COVİD 19” testi ilə bağli saxta tibbi arayışlar faktına görə - CİNAYƏT İŞİ BAŞLANDI

“COVİD 19” testi ilə bağli saxta tibbi arayışlar faktına görə - CİNAYƏT İŞİ BAŞLANDI
13:16 11 İyun 2021

Gəncə hava limanında aşkarlanan saxta COVİD testi hazırlayanlar barədə cinayət işi başlanılıb.

Tibb.fed.az bildirir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Xatırladaq ki, bir neçə gün əvvəl Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oxygen” klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar yayılmışdı.

Prokurorluqda aparılan araşdırma zamanı isə müəyyən edilib ki, “ƏSR” və “Arkan Tour” MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 96 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə “Oxygen” və “Leyla Medical Center” klinikalarının məlumatı olmadan həmin tibb müəssisələrinin adından tərtib edilmiş neqativ test nəticələri ilə bağlı saxta sənədlərin əldə edilməsinə və həmin saxta sənədlərin sərnişinlərə müəyyən məbləğdə pul vəsaiti müqabilində təqdim edilməsinə əsaslı şübhələr var.

Qeyd edilənlərlə bağlı fakta görə “ƏSR” və “Arkan Tour” MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner