Banner
Banner

Xəbərlər

COVİD-19 Ronaldinyoya ağır - ZƏRBƏ VURDU

COVİD-19 Ronaldinyoya ağır - ZƏRBƏ VURDU
15:30 21 Fev 2021

Braziliyalı futbolçu anasını itirdi

44 günlük müharibə zamanı Azərbaycana verdiyi dəstəyə görə ölkəmizdə xüsusilə sevilən “Barselona”nın keçmiş braziliyalı futbolçusu Ronaldinyo Miguelina Dos Santosun anası koronavirusdən ölüb. Bu barədə tibb.fed.az “Amerika TV”-yə istinadən bildirir.

Məşhur oyunçunun anası 71 yaşında vəfat edib.  Qadın dekabr ayından etibarən xəstəxanada reanimasiya şöbəsində müalicə alırdı. Bu barədə futbolçunun özü mətbuata açıqlama vermişdi. Qeyd edək ki, Ronaldinyonun özündə  COVID-19 hələ oktyabr ayında aşkarlanmışdı. 40 yaşlı futbolçuda koronavirus simptomsuz idi.

Qeyd edək ki, braziliyalı futbolçu 2016-i ildə Azərbaycana gələrək “Qarabağ” klubunda oynayan həmyerlilərini ziyarət etmişdi.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner