Banner
Banner

Xəbərlər

Çin Türkiyəyə peyvənd istehsalı üçün – LİSENZİYA VERDİ

Çin Türkiyəyə peyvənd istehsalı üçün – LİSENZİYA VERDİ
16:12 12 May 2021

Çinin Sinovac şirkəti Türkiyəyə istehsal üçün lisenziya verib.

Tibb.fed.az Türkiyə KİV-nə istinadla bildirir ki, lisenziya əsasında  peyvəndi artıq Türkiyə istehsal edəcək.

Sinovac rəhbərliyinin Bloomberg-ə söylədiyinə görə, Türkiyədən başqa daha 4 ölkəyə CoronaVac peyvəndini istehsal etməklə bağlı lisenziya verilib. Digər 4 ölkə bunlardır – İndoneziya, Braziliya, Malayziya və Misir.

Şirkətin baş direktoru Yin Veydonq Türkiyə və Braziliyaya əhalinin 20 faizinin peyvənd olunması üçün doza verdiklərini, lakin bunun yetərsiz olduğunu bildirib. Məhz buna görə də adıçəkilən ölkələrə istehsalla bağlı lisenziya verməklə insanların coronavirus bəlasından müdafiəsi qərara alınıb.

Yaxın müddətdə isə daha 10 ölkəyə bu icazənin verilməsi planlaşdırılır.

Qeyd edək ki, Sinovac peyvəndi Azərbaycanın da istifadə etdiyi peyvəndlərdən biridir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner