Banner
Banner

Xəbərlər

Çin COVID-19 infeksiyasına qarşı daha bir vaksinin kliniki sınaqlarına - BAŞLADI

Çin COVID-19 infeksiyasına qarşı daha bir vaksinin kliniki sınaqlarına - BAŞLADI
17:49 12 Aprel 2021

Çin Dövlət Tibbi Məhsullar Administrasiyası “Sinopharm” şirkəti ilə Milli Peyvənd və Zərdab İnstitutunun birgə hazırladığı COVID-19 infeksiyasına qarşı peyvəndin kliniki sınaqlarına icazə verib.

Tibb.fed.az bu barədə “Sinopharm” şirkətinin sosial şəbəkədəki rəsmi hesabında yayılmış məlumatına istinadən bildirir. Rekombinant vaksin texnologiyasına əsaslanan peyvəndin kliniki sınaqlarının Çin ilə yanaşı bəzi xarici ölkələrdə də aparılması nəzərdə tutulub.

Bildirilir ki, bu tip vaksinlər kütləvi istehsal üçün daha əlverişlidir və istehsal zamanı daha yüksək biotəhlükəsizlik qaydaları tələb olunmur. Çünki istehsal zamanı canlı viruslardan istifadə olunmur.

Qeyd edək ki, bu, “Sinopharm” şirkətinin COVID-19 virusuna qarşı 3-cü peyvəndidir. Bundan əvvəlki 2 vaksin inaktiv (təsirsiz) peyvənd olub. Həmin peyvəndlər hazırda Çində və bir neçə ölkədə vaksinasiya prosesində istifadə olunur.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner