Banner
Banner

Xəbərlər

Bu gündən toylar – BAŞLAYIR

Bu gündən toylar – BAŞLAYIR
10:57 1 İyul 2021

Pandemiya səbəbindən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar bu gündən etibarən Azərbaycanda toyların keçirilməsinə icazə verilir.

Tibb.fed.az Nazirlər Kabineti yanında Operativ Qərargahın toylarla bağlı şərtlərini və ümumi qaydaları təqdim edir:

- Qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir;

-50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur.

-Bununla yanaşı 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;

-Toy mərasimləri ilə bağlı tələbləri pozan şadlıq saraylarının fəaliyyəti dayandırılacaq.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner