Banner
Banner

Xəbərlər

Bu gündən etibarən 40 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına – BAŞLANILIR

Bu gündən etibarən 40 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına – BAŞLANILIR
00:50 22 Mart 2021

Bu gündən Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılır.

Tibb.fed.az bildirir ki, bu yaş qrupundan  olan şəxslər peyvənd vurdurmaq üçün //randevu.its.gov.az/ saytından qeydiyyat keçməlidirlər.

Qeyd edək ki, Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin Azərbaycanda istifadəsı rəsmi təsdiqlənsə də, həm bu, həm də Avropa ölkələrində istifadə edilən “AstraZeneca” vaksini hələ ki, ölkəyə gətirilməyib. İndiyədək vaksinasiyada istifadə olunan və dünyada ən təsirli preparat kimi tanınan Çinin Sinovac şirkətinin "Coronavac" vaksinindən istifadə hələ də davam etdirilir.

Nazirlər Kabineti yaninda Operativ Qərargahın məlumatına görə, bu günədək ölkədə koronavirus infeksiyasına qarşı 482,664 nəfər peyvəndlənmə prosesində iştirak edib. Azərbaycanda vaksinasiya prosesinə isə yanvarın 18-dən başlanılıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner