Banner
Banner

Xəbərlər

“Biz həkimləri məcbur edirlər ki...” – TANINMIŞ HƏKİMDƏN ETİRAZ

“Biz həkimləri məcbur edirlər ki...” – TANINMIŞ HƏKİMDƏN ETİRAZ
10:34 29 Aprel 2021

“Həkimlərin sertifikasiyasinın keçirilməsində məqsəd nədir? Bunun nəticə nədir?”. Tanınmış nevropatoloq Qalib Əsədov Azərbaycanda bu sahədə yaranmış vəziyyətdən narazıdır.

Tibb.fed.az bu barədə nevropatoloqun paylaşımına istinadla bildirir.  

“Bir neçə il bundan əvvəl Səhiyyə Nazirliyi Davamlı Tibbi Təhsil haqqında olduqca mühüm sənəd hazırladı. Əslində tam doğru qərar idi və özünü həkim adlandıran kəs, daim yenilikləri oxumalı, tibb elmində baş verən dəyişikliklərdən xəbər tutmalı və müalicədə tətbiq etməlidir. Yeri gəlmişkən onu da deyim ki, Davamlı Tibbi Təhsil tək bizdə yox, demək olar ki, bütün ölkələrdə tətbiq olunur. Amma necə? Həkim il ərzində müəyyən saat həcmində elmi konfranslarda, seminarlarda iştirak etməlidir. Əgər 5 il ərzində konfransda iştirak etməyibsə, eyni zamanda həkimlik fəaliyyəti ilə məşğul olmayıbsa, ancaq və ancaq, bu zaman imtahan verməlidir.

Bəz bizdə? Davamlı Tibbi Təhsil məsələsini də elə azərbaycansayağı həll etməyə başladıq. SOVETLƏRDƏN qalan bir Həkimləri Təkmilləşdirmə İnstitutu var. Qəsdən o sözü böyük hərflərlə yazmışam. Doğrudur, mən özüm də sovetlərdən qalmışam. Amma mən heç olmasa 3-4 ildən bir xaricə gedirəm, yeni materialları öyrənirəm, dünyada baş verən tibbi hadisələrlə maraqlanıram. Bu İnstitutda isə sözün hər mənasında hələ 60-cı ildir. Və biz həkimləri məcbur edirlər ki, hər il o İnstituta filan qədər pul ödəyək ki, "kredit" adlandırdıqları bal versinlər. Kredit olmasa sertifikat imtahanına buraxılmayacağıq. Sertifikat imtahanının suallarını kim tərtib edib bilmirəm, amma tam əminəm ki, 1950-ci illərin rus kitablarından tərcümə əsasında yaradılmış, olduqca primitiv və indi elmi təsdiqini tapmayan suallar. Təsəvvür edin, Beynəlxalq nüfuzlu elmi praktik konfransda iştirak edirsən, kredit yox, amma Həkimləri Təkmilləşdirmə İnstitunun Balansına pul keçirirsən 60 kredit hazırdır. Bunun nəyi Davamlı Tibbi Təhsil oldu?

Sertifikat imtahanları da həmçinin. Hər 5 ildən bir pul keçirib, müalicədə heç bir rolu olmayan, Ücüncü kursda tələbə vaxtı keçdiyimiz suallara cavab verməliyik. Yeri gəlmişkən suallar da, cavablar da əvvəlcədən var və "almaq" olur. ))) Sadəcə yaxşı əzbərçilik lazımdır.

BELƏ OLMAZ CƏNABLAR!!! ƏTRAFDA XXİ ƏSRDİR!! İnsanlar Səhiyyə sisteminin indiki durumundan narazıdır və haqları da var. Məqsəd yaxşı həkim kadrları hazırlamaqdırsa, lütfən heç uzağa getmək lazım deyil, qardaş Türkiyənin təcrübəsini tətbiq edin....”

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner