Banner
Banner

Xəbərlər

Bir il ərzində Azərbaycanda dövlət hesabına 18 xəstəyə - BÖYRƏK KÖÇÜRÜLÜB

Bir il ərzində Azərbaycanda dövlət hesabına 18 xəstəyə - BÖYRƏK KÖÇÜRÜLÜB
22:43 10 Mart 2021

2020-ci ildə 1,1 min yeni xəstə proqramlı hemodializ seanslarına qəbul edilib. Tibb.fed.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında məlumat öz əksini tapıb. Sənədə əsasən, 135 nəfər Səhiyyə Nazirliyinin müvafiq əmrləri ilə dövlət hesabına böyrək köçürmə əməliyyatlarının icra olunması üçün yüksək maliyyə tələb edən donor-resipiyent uyğunluğu müayinələrindən keçirilməsi məqsədilə aidiyyəti tibb müəssisələrinə göndərilib. Bunlardan uyğun gələn 18 xəstəyə böyrək nəqli əməliyyatı icra edilib, daha 14 xəstənin əməliyyat vaxtı təyin edilib.

Qeyd edk ki, hazırda Azərbaycanda 689 süni böyrək cihazı ilə təchiz edilən 45 hemodializ mərkəzi mövcuddur.

Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında qeyd olunub ki, ötən il 3,6 minə yaxın xəstə dövlət hesabına proqramlı hemodializ seansları və müvafiq dərman preparatları ilə, 1000-dən artıq böyrək köçürülən xəstə ilə immunosupressiv preparatlarla tam həcmdə təmin olunub.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner