Banner
Banner

Xəbərlər

Bayram günlərində də vaksinasiya - DAVAM ETDİRİLƏCƏK

Bayram günlərində də vaksinasiya - DAVAM ETDİRİLƏCƏK
16:31 15 Mart 2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Novruz bayramının tətil günlərində peyvənd məntəqələrinin fəaliyyət göstərib-göstərməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Tibb.fed.az “Report”a istinadən xəbər verir ki, agentlikdən peyvənd məntəqələrinin bayram günlərində növbəlilik prinsipi ilə işləyəcəyi bildirilib.

Lakin bazar günü məntəqələr bağlı olacaq.

Qeyd edək ki, vaksinasiya prosesinə nəzarəti Bakı şəhərində Səhiyyə Nazirliyi, regionlarda isə TƏBİB həyata keçirir.

Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə edilir. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner