Banner
Banner

Xəbərlər

Bakıda daha 3 məktəb koronavirusa görə - BAĞLANDI

Bakıda daha 3 məktəb koronavirusa görə - BAĞLANDI
18:18 17 Mart 2021

Paytaxtdakı 39, 59 və 98 nömrəli tam orta məktəblərin fəaliyyəti koronavirus səbəbindən distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil idarəsinin mətbuat katibi Bəşarət Məmmədovun Tibb.fed.az-a verdiyi məlumata görə, 3 məktəb üzrə koronavirusa 6 təhsil işçisinin yoluxma halı qeydə alınıb: 98 nömrəli tam orta məktəbdə çalışan 1 müəllim, 39 nömrəli tam orta məktəbdə çalışan 2 müəllim, 1 direktoru müavini və bir texniki işçi, 59 nömrəli tam orta məktəbin isə direktorunun COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub. Karantin müddəti ölkədə qeyri-iş günlərinə təsadüf etdiyindən təhsil işçilərinin tətildən sonra işlərinə dönəcəkləri gözlənilir.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Məlum olduğu kimi, paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası və məktəb kollektivlərinin sağlamlığının daha etibarlı qorunması üçün 50 və daha yuxarı yaşda olan pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir. Sağlamlıqlarına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner