Banner
Banner

Xəbərlər

Azərbaycanlı həkimlər ağır əməliyyat keçirən 52 yaşlı xanımı – ƏKİZ UŞAQ ANASI ETDİLƏR

Azərbaycanlı həkimlər ağır əməliyyat keçirən 52 yaşlı xanımı – ƏKİZ UŞAQ ANASI ETDİLƏR
17:58 7 Aprel 2021

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında daha bir xəstə ana olmaq sevincini yaşayıb.

Tibb.fed.az bildirir ki, klinikanın cərrah ginekoloqu Fərhad Sultanov 52 yaşlı qadın bir il əvvəl əməliyyat olunaraq uşaqlıq boşluğunu deformasiya edən intramural-submukoz miomaları laparoskopik üsulla götürülsə də, bir il sonra bu xanım əkiz sağlam uşaqlar dünyaya gətirib. 

Cərrah F.Sultanov qeyd edir ki, bir il öncə həmin xanım uşaqlıq boşluğunu deformasiya edən intramural-submukoz miomalar diaqnozu ilə klinikaya müraciət edib: “Pasiyentin yaşını nəzərə alaraq, ona histeroektomiya (uşaqlığın götürülməsi) əməliyyatı təklif olundu. Xəstə isə ana olmaq arzusunda olduğunu, ona görə də uşaqlığı saxlamağı israrla xahiş etdi. Aparılan müayinələr və klinik hal imkan verdiyinə görə, xəstədə laparoskopik miomektomiya əməliyyatı icra edilərək uşaqlıq saxlanıldı”.

Bundan sonra xəstə süni mayalanma ilə əkiz dölə hamilə qalıb və hamiləliyi 35 həftəyə qədər çatdırıb. Ana bətnində uşaqların çəkiləri 2.300 kq (qız) və 2.200 kq (oğlan) olub. 52 yaşlı hamilə qadında laparoskopik üsulla 3 ədəd mioma götürülmüş uşaqlığ nəinki 1 döllü, hətta iki döllü hamiləliyə dözüb, həm də döllərin ümumi cəkisi 5 kq-a yaxın olan hamiləliyi 35 həftəsinə qədər saxlayıb və hətta “ruptura uteri” (uşaqlığın yırtılması) fəsadlaşması təhlükəsi də olmayıb.

ATU Tədris Cərrahiyyə Klinikasının cərrah ginekoloqu Fərhad Sultanov qeyd edir ki, bu fakt “hamilələrdə laparoskopik miomektomiyadan sonra ruptura təhlükəsi daha çox olur” kimi yanlış fikirlərə bir cavabdır. Sadəcə götürülən miomanın yatağını düzgün bərpa etmək vacibdir. Bunun laparotomiyada olduğu kimi laparoskopiyada da da icrası mümkündür. Doktor hesab edir ki, yaşından asılı olmayaraq sağlamlığı imkan verən hər bir qadına ana olmaq sevincini yaşatmaq lazımdır: “Bu sevinci yaşamayan qadınlarda mütləq göstəriş olmadan yalnız yaşına görə uşaqlığı götürmək düzgün deyil. Ümumiyyətlə, bütün əmaliyyatlar göstəriş əsasında olmalıdır, daha çox sığortalanmaq xatirinə yox”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner