Banner
Banner

Xəbərlər

Azərbaycanın tanınmış cərrahı və baş həkimin qızı - TÜRKİYƏDƏ VƏFAT ETDİ

Azərbaycanın tanınmış cərrahı və baş həkimin qızı - TÜRKİYƏDƏ VƏFAT ETDİ
11:17 28 Fev 2021

Azərbaycanın tanınmış ürək-damar cərrahı, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, professor Kamran Musayevə ağır itki üz verib.

Onun Türkiyədə ali təhsil alan 20 yaşlı qızı Dilay Musayeva qəfildən vəfat edib.

İcbari tibbi sığorta ilə bütün - BU TIBBI XİDMƏTLƏR PULSUZDUR – TAM SİYAHI

Tibb.fed.az-ın əldə etdiyi məlumata görə, tanınmış həkimin qızı beyinə qan sızmasından həyatını itirib.

Yaxınlarının tibb.fed.az saytına verdikləri məlumata görə, Dilay Musayeva Kamran həkimin 3 övladından ilki olub. 20 yaşlı Dilay Ankarada, ana nənəsi ilə birgə qalırmış. Ölüm hadisəsi də qəfil olub. Evdə dayısına çay vermək üçün mətbəxə keçən Dilaydan xəbər çıxmadığını görən dayı mətbəxə keçərkən, Dilayı yerə yıxılmış vəziyyətdə tapıb. Onun sifəti göyərmiş halda olub.

2020-ci ildə dünyada tibb sahəsində baş vermiş - 10 ƏN MÜHÜM YENİLİK

Qohumlarının sözlərinə görə, Dilayın əvvəllər səhhəti ilə bağlı hər hansı şikayəti və xəstəliyi olmayıb. “COVİD-19 keçirib-keçirmədiyi” ilə bağlı saytımızın əməkdaşının sualına cavab da mənfi olub: “Onun hamı kimi ildə bir-iki dəfə edə biləcəyi şikayəti yalnız yüngül başağrısından ola bilərdi. Onu da adi həblə yoluna qoyurdu”.

Dünyanın 10 ən bahalı dərmanı – SİYAHI - MƏBLƏĞLƏR

Qeyd edək ki, Dilay Musayeva Türkiyədə tibb təhsili alırdı. Onun anası, Kamran Musayevin Türkiyə vətəndaşı olan həyat yoldaşı da həkimdir.

Allah rəhmət eləsin!

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner