Banner
Banner

Xəbərlər

Azərbaycanılı neyrocərrah 10 gündə 37 beyin əməliyyatı – HƏYATA KEÇİRDİ

Azərbaycanılı neyrocərrah 10 gündə 37 beyin əməliyyatı – HƏYATA KEÇİRDİ
13:43 29 Aprel 2021

Həmyerlimiz, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev 10 gün ərzində 37 beyin əməliyyatı həyata keçirib.

Tibb.fed.az bu barədə neyrocərrahən paylaşımına istunadla bildirir: “10 gün hədsiz dərəcədə gərgin idim və bu müddət ərzində, ümumilikdə, 37 beyin əməliyyatı icra etmişəm. Sözün əsl mənasında həyat qurtarmaqla keçib bu son günlər... Böyük qurur hissi keçirdiyim günlərdir...”

Beyin əməliyyatı keçirən xəstələr arasında yaşı 90-dan yuxarı olanlar da var. Nuran Abdullayev bu əməliyyatı belə təsvir edir: ”Yaşı 90-dan çox olan bir neçə xəstənin əməliyyatına başlayanda isə daha da fərqli hisslər yaşadım...

Fikirlərimi deyim:

1. Səhiyyə sistemi Azərbaycanda heç insanları həmin yaşa (90 və 90-dan çox) çatdıra bilmir;

2. Azərbaycanda hələ 60-70 yaşlı işemik beyin insultu keçirən insanların böyük əksəriyyəti ölür, onlara lazımi müdaxilə edilib həyatda saxlanılmır;

3. Digər əksəriyyəti isə ciddi əlilliklə həyatlarına davam edirlər ki, onlara da səhiyyə sistemi lazımi xidmət göstərməlidir.

Bu sıralamanı uzada bilərəm, amma ilk üç bənd də yetərlidir ki, inkişaf potensialını görəsiniz...”

Almaniyada çalışan həmyerlimiz, tibb elmləri doktoru Azərbaycanda son günlər səhiyyə sahəsində islahatlardan və onun inkişafından danışıldığını xatırladaraq xalqın səhiyyəyə inamını qaytarmağın isə onlara mərkəzləşmiş xidmətlərin beynəlxalq standartlar çərçivəsində təşkilindən başladığını qeyd edib. N.Abdullayev bu cür xidmətlərin siyahısının başında insult mərkəzlərinin fəaliyyətinin gəldiyini vurğulayıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner