Banner
Banner

Xəbərlər

Azərbaycanda “Sputnik V” vaksini ilə peyvəndləmə - BAŞLAYIR

Azərbaycanda “Sputnik V” vaksini ilə peyvəndləmə - BAŞLAYIR
14:52 17 May 2021

Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifadə edə biləcəklər.

Tibb.fed.az bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə  məlumatına əsasən xəbər verir.

Məlumatda bildirilir ki, “Sputnik V” vaksinin istifadəsinə ilk olaraq Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanacaq.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Qeyd edək ki, "Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner