Banner
Banner

Xəbərlər

Azərbaycanda "Pfizer" peyvəndinin tətbiqinə - BAŞLANILIR

Azərbaycanda "Pfizer" peyvəndinin tətbiqinə - BAŞLANILIR
09:44 7 İyun 2021

Bu gündən Azərbaycanda koronavirus əleyhinə olan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənən “Pfizer” peyvəndinin tətbiqinə başlanır.  

Tibb.fed.az bildirir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən vaksinin istifadəsinə iki tibb müəssisəsində - Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanıldığı açıqlanıb. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Bunun üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürülməlidir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Qeyd edək ki, “Pfizer” dünyanın əksər ölkələrinə səfər etmək üçün məqbul sayılan vaksinlər arasında ilk yeri tutur.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner