Banner
Banner

Xəbərlər

Azərbaycanda qeydiyyatda olan narkomanların 618-i QADINDIR

Azərbaycanda qeydiyyatda olan narkomanların 618-i QADINDIR
12:23 18 Mart 2021

Tibb.fed.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov açıqlama verib. Onun sözlərinə görə, hazırda Mərkəzdə qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33 min 788-dir. Onlardan 618-i qadın, 9-u 15-17 yaşlarda, 18-34 yaşlar arası 12969. Qeyd edək ki, ötən il bu rəqəm 32921 olub. Şöbə müdiri bildirir ki, bu artımı Respublikada narkotik maddə istifadəçilərin sayının artması kimi qəbul etməyi düzgün saymır. Onun fikrincə, bu, Narkoloji Mərkəzə müraciətlərin sayında olan dəyişiklikdir. Və mərkəzdə aparılan müalicəyə olan inamın artması kimi dəyərləndirmək lazımdır.

Son dövrlər Mərkəzə edilən müraciətlərə əsasən polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarım sintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları çoxalıb çoxalıb. Psixostimulyatorlar qrupundan olan sintetik psixoaktiv maddə “metamfetamin” və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır. P.Məmmədov bildirdi ki, belə hallarda həkim-narkoloqlarla yanaşı müalicədə həkim-psixoterapevt və həkim-nevropatoloqlara ciddi ehtiyac duyulur.

Narkoloji Mərkəzdə müalicə alan xəstələrə dərman müalicəsi ilə yanaşı psixoloqlar tərəfindən fərdi və qrup terapiyaları şəklində psixoloji yardım göstərilir. Mövcud durumu nəzərə alaraq xəstələrə psixoloji yardımın intensivliyi artırılıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner