Banner
Banner

Xəbərlər

Azərbaycanda koronavirusun yeni ştammı – AŞKARLANIB

Azərbaycanda koronavirusun yeni ştammı – AŞKARLANIB
12:28 18 Mart 2021

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

Tibb.fed.az-a bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Məlumatda deyilir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

Qeyd edək ki, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner