Banner
Banner

Xəbərlər

Azərbaycanda koronavirusa görə bağlanan məktəblərin sayı – 3-Ə ÇATDI

Azərbaycanda koronavirusa görə bağlanan məktəblərin sayı – 3-Ə ÇATDI
12:05 15 Mart 2021

Azərbaycanın şimal-qərb bölgəsində daha iki məktəb koronavirusa görə bağlanıb.

Tibb.fed.az APA-ya istinadən xəbər verir ki, Qax şəhər 4 və 2 saylı tam orta məktəbləri martın 15-dən distant təhsilə keçib. 

Buna səbəb məktəbdə müəllimlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

Bundan başqa, Bakı şəhərində də bir məktəb koronavirus səbəbindən karantinə bağlanıb.

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə dərslər dayandırılıb, tədris distant formata davam etdiriləcək.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner