Banner
Banner

Xəbərlər

Azərbaycanda İİV infeksiyası (QİÇS) üzrə rəsmi qeydiyyatda olanların 30 faizi – QADINLARDIR

Azərbaycanda İİV infeksiyası (QİÇS) üzrə rəsmi qeydiyyatda olanların 30 faizi – QADINLARDIR
13:23 16 May 2021

“İndiyə qədər Azərbaycanda İİV infeksiyasından 1119 nəfər vəfat edib. QİÇS xəstəsi kimi qeydiyyatda olanların 30%-dən çoxu isə qadınlardır”.

Tibb.fed.az bu barədə Səhiyyə Nazirliyinə istinadla məlumat verir. Bildirilir ki, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2021-ci ilin 4 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 7449 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 5198-i (69,8%) kişi, 2251-si (30,2%) qadındır.

QİÇS mərhələsində olan vətəndaşların sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1119 nəfərdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzində 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya 6627 insan cəlb olunub, onlardan 211 nəfərin müalicəsinə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılıb.

Xatırladaq ki, hər il may ayının üçüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə Günü kimi qeyd edildiyi üçün bu il bu anım günü 16 maya təsadüf edib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner