Banner
Banner

Xəbərlər

Azərbaycanda həkimlər 2 yaşlı uşağı - ÖLÜMDƏN BELƏ QURTARDILAR...

Azərbaycanda həkimlər 2 yaşlı uşağı - ÖLÜMDƏN BELƏ QURTARDILAR...
20:58 18 Aprel 2021

Bakı xəstəxanalarından birində 2 yaşlı uşağın nəfəs borusundan yad cisim aspirasiyası həyata keçirilib.

Tibb.fed.az bildirir ki, uzman həkim, tanınmış uşaq cərrahı Vüsal Cəfərov bu barədə məlumat açıqlayıb. Onun sözlərinə görə, azyaşlı yer fıstığı yediyi zaman tənəffüs yoluna düşüb və boğulma şikayəti ilə çox ağır vəziyyətdə klinikaya gətirilib. Valideynlər uşağı ilk olaraq çöpçüyə aparıblar və "üfləmə" sonrasında onun vəziyyəti daha da pisləşmiş. Azyaşlı başqa bir xəstəxanada 1 dəfə tənəffüs aresti də olub, yəni tənəffüsü dayanıb. Uşaq cərrahı Vüsal Cəfərov və tibbi heyətinin müdaxiləsi nəticəsində isə təcili bronxoskopiya edilərək yad cisim onun nəfəs borusundan çıxarılıb. Həkimin bildirdiyinə görə, uşaq hal-hazırda evindədir.  

Dr.V.Cəfərov valideynlərə müraciət edərək 5 yaşdan kiçik uşaqlara heç bir halda çərəz verməməyi tapşırıb: “Qətiyyən çərəz vermək olmaz! Belə bir problem olarsa uşaq təcili olaraq bronxoskopiya olunan xəstəxanaya aparılmalıdır”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner