Banner
Banner

Xəbərlər

Azərbaycana təmənnasız 150 min doz peyvənd verən – ÖLKƏ

Azərbaycana təmənnasız 150 min doz peyvənd verən – ÖLKƏ
14:49 27 Aprel 2021

Çin Xalq Respublikası Azərbaycana təmənnasız olaraq COVID-19 infeksiyası əleyhinə 150.000 doz peyvənd təqdim edib.

Tibb.fed.az bildirir ki, aprel 27-də Azərbaycanın Səhiyyə Nazirliyində Çin tərəfindən ölkəmizə təmənnasız olaraq COVID-19 infeksiyası əleyhinə peyvəndin təqdim olunmasına həsr olunmuş təhvil-təslim Aktının imzalanma mərasimi keçirilib.

Tədbirdə Səhiyyə nazirinin müavini Viktor Qasımov, XİN-nin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev və Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış ediblər.

Səhiyyə nazirinin müavini Viktor Qasımov Çin tərəfinin nümayəndələrinə ölkəyə gətirilən vaksinlərə görə minnətdarlığını bildirərək Çinin etibarlı tərəfdaş olduğunu, COVID-19 ilə mübarizə sahəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min epidemiya ilə mübarizədə Çin və Azərbaycanın ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəklədiklərini, əməkdaşlıq etdiklərini və çətin vaxtlarda bir-birlərinə kömək etdiklərini, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünya təhlükəsizliyinin qorunmasına və maraqların inkişafına mühüm töhfələr verdiklərini vurğulayıb.

Səfir ölkəsiylə Azərbaycan arasında etibarlı dostluq və tərəfdaş münasibətlərin mövcud olduğunu və bu münasibətlərin daha da dərinləşməsinə hazır olduqlarını qeyd edib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner