Banner
Banner

Xəbərlər

Azərbaycan da əcnəbilərdən COVID pasportu – TƏLƏB EDƏ BİLƏR

Azərbaycan da əcnəbilərdən COVID pasportu – TƏLƏB EDƏ BİLƏR
22:24 10 Fev 2021

 

Dünyanın əksər ölkələri koronavirusa qarşı peyvənd olunmamış əcnəbiləri ərazilərinə buraxmamaq barədə qərar qəbul edib. Qonşu Gürcüstan da anoloji qərar verib. Bəs Azərbaycan necə, bu addımı atacaqmı? TƏBİB-in İşçi Qrupunun üzvü, infeksionist-hepatoloq Vüsalə Yaşar "Fed.az"a açıqlamasında hələlik belə bir qərarın gözlənilmədiyini bildirsə də, Azərbaycanın özünüqoruma üçün buna getməsinə ciddi səbəb görür:  “Hələ ki, elə bir şey gözlənilmir. Amma niyə də olmasın? Özünü qorumaq adına belə bir qərar çıxarıla bilər”. 

Vaksinasiya olmaqdan imtina edəcək insanların üzləşə biləcəyi problemlərə toxunan infeksionist-hepatoloq qeyd etdi ki, ölkədə bu proses könüllü xarakter daşıdığı üçün vaksinasiyadan imtina edənlər yalnız ölkə xaricinə səfər edəcəyi zaman məhdudiyyətlə qarşılaşacaqlar. Onun sözlərinə görə, bəzi ölkələr vaksinasiya pasportu olmayanları sərhəd keçməyə qoymayacaqlar.

Vüsalə Yaşar onkoloji xəstələr onkoloji müalicəni aldığı dövrdə, immunsupressiv müalicə alan xəstələr həmin dövrdə, bütün xroniki xəstəliklərin kəskinləşmə dönəmində və COVİD-19-u keçirən insanlar vaksinasiya olunmur. Qalan bütün xroniki xəstəliyi olan insanlar demək olar ki, hamısı vaksinasiya oluna bilər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner