Banner
Banner

Xəbərlər

“AstraZeneca”nın adı - BELƏ OLDU...

“AstraZeneca”nın adı - BELƏ OLDU...
13:12 30 Mart 2021

Avropanın bir çox ölkəsindəki vəziyyətlə əlaqədar yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə tətbiq edilən “AstraZeneca” vaksininin adı dəyişdirilib.

Tibb.fed.az bildirir ki, martın ortalarından etibarən 11 Avropa ölkəsi “AstraZeneca” vaksininin qanda laxtalanma yaratması şübhəsinə görə vaksinin tətbiqini dayandırılmalı olmuşdu. Bu qərarlardan sonra İsveç Tibbi Məhsullar Agentliyi onun adını dəyişdirərək “Vaxzevria” edib. Bu barədə is agentliyin rəsmi internet saytında açıqlama verilib.

Vaksinin adı dəyişsə də məhsulda hər hansı digər dəyişiklik olmaylb. Dəyişiklik yalnız vaksinin loqosu və qablaşdırılmasında öz əksini tapacaq.

Qeyd edək ki, vaksinin istifadəsinin məhdudlaşdırıldığı sonuncu ölkə Kanadadır. Qərara əsasən bu ölkədə yaşı 55-dən çox olan şəxslərdə onun tətbiqi dayandırılıb. Kanada ekspertlərinin fikrincə, vaksin tətbiq edilən şəxslərdə 100 mində 1 tromboz müşahidə edilmə ehtimalı var. Bir sıra Avropa ölkəsində də vaksinin tətbiq edildiyi şəxslərdə tromboz müşahidə edilməsindən sonra istifadəsi dayandırılıb və ya qadağan edib. Vaksin istehsalçıları isə onun təhlükəsiz olmasında israr edirlər. Belə ki, istehsalçı şirkət 17 milyon nəfər üzərində aparılan araşdırmalara əsasən ağciyər emboliyası, dərin vena trombozu və trombositopeniyanın riskinin artmasının müşahidə edilmədiyini vurğulayır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner