Banner
Banner

Xəbərlər

Asqırmağı saxlamaq təhlükəlidir – EHTİYATLI OLUN

Asqırmağı saxlamaq təhlükəlidir – EHTİYATLI OLUN
20:48 1 Fev 2021

Bəzən asqırmaq istəyi yanlış zamanda ortaya çıxır. Ancaq araşdırmalar göstərir ki, asqırmanın qarşısının alınması sağlamlığınız üçün təhlükəli və bəzən ciddi fəsadlara səbəb ola bilər.

Niyə asqırmaq istəyirsən?

Asqırma, bədənin xarici qıcıq stimullarına qarşı qoruyucu bir reaksiyasıdır, həm insanlar, həm də heyvanlar üçün xarakterikdir.

Burun boşluğunu və ya nazofarenks mukozasını nəsə qıcıqlandıranda asqırmaq istəyirik. Bunlar toz maddələri (tük, yun, ev tozu və s.), allergenlər (polen, küf, toz hissəcikləri) və digər qıcıqlandırıcı maddələr (tütün tüstüsü, ətir) ola bilər.

Bu refleks xarici tənəffüs yollarından kənar maddələrin çıxarılmasını təmin edir və bununla da burnumuzun parametrlərini normal vəziyyətə gətirməyə kömək edir.

Asqırmanı saxlamaq niyə təhlükəlidir?

Asqırmaq güclü bir fəaliyyətdir: burundan selik damcıları saniyədə 44 metrə qədər sürətlə uçur!

Niyə bu qədər sürətli? Hər şey təzyiqlə bağlıdır. Asqırmağa hazırlaşdığımız zaman tənəffüs sistemində - sinuslar, burun boşluğu, udlaq və ağciyərlərdə təzyiq yüksəlir. 

Asqırmağı saxladığımız zaman, tənəffüs sistemi orqanlarındakı təzyiq, asqırıqla müqayisədə bir neçə dəfə - 5-dən 24-ə qədər artır. Buna görə də bədən daxilindəki əlavə təzyiqlə əlaqədar olaraq asqırmağın qarşısını almaq təhlükəlidir - bu müəyyən yaralanmalara səbəb olur.

Asqırmağı saxlasam, nə ola bilər?

Qulaq pərdəsinin cırılması

Asqırmağı saxladığınız zaman tənəffüs sistemindəki təzyiq artır və bir az hava qulaqlara axır. Bu sıxılmış havanın təzyiqi qulaq pərdəsini dağıda və eşitmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Əksər cırılmış qulaq pərdələri bir neçə həftə ərzində müalicə olunmadan sağalır, baxmayaraq ki, bəzi hallarda cərrahi əməliyyat müdaxiləsi də tələb olunur.

Qulaq infeksiyası

Asqırmaq burnu bütün lazımsız şeylərdən təmizləməyə kömək edir. Hipotetik olaraq havanı burun keçidlərindən qulaqlara yönləndirmək bakteriyaları qulaqlara aparmaqla infeksiyaya səbəb ola bilər.

Bu, çox vaxt ağrılı bir prosesdir. Bəzən orta qulaq infeksiyaları müalicə olunmadan keçər, lakin bəzi hallarda antibiotiklərə ehtiyac duyulur.

Göz, burun və ya qulaq pərdəsində zədələnmiş qan damarları

Asqırmağı dayandırmağın səbəb olduğu artan təzyiq qan damarlarını daraldıb qırır. Qan damarlarının cırılmasının nəticələrini adətən göz, dəri və s. qizarti şəklində müşahidə edirik.

Boğaz zədəsi

Həkimlər, bir kişinin asqırağını tutarkən boğazının arxasını cırdığının müəyyən ediblər. 34 yaşlı İngiltərə sakini, burnunu sıxıb ağzını bağlayaraq asqırtını tutmağa çalışdıqda boynunda xəsarət hiss edib. Tezliklə boyun şişməyə başlayıb, zərərçəkən danışa bilməyib və udqunmaqda çətinlik çəkib.

Sınıq qabırğalar

Asqırığın qarşısının alınması həmçinin yüksək təzyiqli havanın böyük qüvvə ilə ağ ciyərlərə axınını gücləndirdiyi üçün qabırğa sınıqlarına da səbəb ola bilər.

Asqırmaq ürək tutmasına səbəb ola bilərmi?

Nə asqırmaq, nə də asqırmağın qarşısını almaq ürəyinizi dayandıra bilməz. Bu müvəqqəti olaraq ürək ritminə təsir edə bilər, ancaq ürək dayanmasına səbəb olmamalıdır.

Asqırmaqdan ölə bilərsən?

Asqırmaqdan insanların ölüm halları məlum olmasa da, texniki cəhətdən bu, mümkündür.

Bəzi asqırma yaralanmaları beyin anevrizması, boğazın qopması və ya ağciyərin çökməsi kimi çox ciddi ola bilər. Beyin anevrizmasının qopması halların təxminən 40% -ində ölümcül olur.

Asqırmağımı saxlamalıyam, ya yox?

Əksər hallarda asqırmağı dayandırmaq baş ağrısından başqa bir şeyə səbəb olmaz. Ancaq bəzi hallarda bu ciddi zədələnməyə də gətirib çıxarır. Asqırmağa səbəb olan şeylərdən çəkinin, ya da ehtiyac olduqda rahatca asqırın.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner