Banner
Banner

Xəbərlər

Aprelin 1-dən bu tibbi xidmətlər Bakı, Sumqayıt şəhərlərində, Abşeron yarımadasında pulsuz olacaq - SİYAHI

Aprelin 1-dən bu tibbi xidmətlər Bakı, Sumqayıt şəhərlərində, Abşeron yarımadasında pulsuz olacaq - SİYAHI
11:27 21 Mart 2021

Aprelin 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq. İndiyədək isə, ölkənin 59 rayonunda icbari tibbi xidmət tətbiq edilməkdədir.

Tibb.fed.az-ın əvvəl də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən bildirmişdi ki, tibb müəssisələrinə müraciətlərin çoxu indiyədək əsasən tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə gözün və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, mamalıq və ginekologiya ilə bağlı olub.

İcbari tibbi sığorta vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. Əvvəllər Azərbaycanda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşirdi. İcbari tibbi sığorta sisteminin formalaşmasından sonra tibb müəssisələri ödənişləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) və digər mənbələrdən əldə edir. Bu sistemin tətbiqi həm də maliyyə məhdudiyyətinin qarşısının alınması və tibb sektorunu daha yaxşı inkişafa motivasiya etmək üçün hesablanıb. Məqsəd tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etməkdir.

Xidmətlər Zərfi

Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:

Təcili və təxirəsalınmaz tibbi yardım;

İlkin səhiyyə xidməti;

Ambulator xidmət;

Stasionar xidmət;

Funksional-diaqnostik və laborator müayinələr;

Fizioterapevtik xidmətlər;

Cərrahi əməliyyatlar ( o cümlədən həyati vacib-dəyəri yüksək əməliyyatlar) ;

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu əhalisi aprelin 1-dən icbari tibbi xidmət zamanı həm də bu xidmətlərdən yararlana biləcəklər.

Yoluxucu xəstəliklər mənbəyində xəstə ilə təmasda olan şəxslər arasında profilaktik müayinələrin aparılması və/və ya ehtiyac yaranarsa, müvafiq ixtisas həkiminə göndərişlərin verilməsi

- Uroloqun müayinəsi USM ilə

- Ginekoloqun müayinəsi USM ilə

- Göz yaşı kanalının açılması, uşaqlarda

- Doğuşa əllə yardım - Normal doğuş

- Klassik qeysəriyyə kəsiyi əməliyyatı (qeysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması)

- Epilepsiya əməliyyatı materialı müayinəsi

- Onurğa beyni strukturlarında digər bərpa xarakterli və plastik əməliyyatlar

- Qaraciyər koması ilə ağırlaşan A hepatiti

- Qaraciyər koması baş vermədən müşayiət olunan delta-amilli (koinfeksiya) kəskin B hepatiti

- Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi

- Fəqərə sınığının bərpası (osteosintez)

- İnsulindən asılı şəkərli diabet, koma ilə

- Yumurtalıqlarda aparılan diaqnostik prosedurlar (diaqnostik laparoskopiya)

- Sünnət

- Döl və yenidoğulmuşun, ananın alkoqollu içkilərdən istifadə etməsi ilə əlaqədar zədələnmələri

- Ürək qapağı protezi ilə bağlı mexaniki mənşəli ağırlaşma

- Uşaqlıq, gənclik və presenil katarakta

Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmişdir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir. Xatırladaq ki, İcbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi üzrə fəaliyyət göstərən mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə müalicə diaqnostika mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikləri ilkin hesabatları əsasında məlum olub ki. 2021-ci ilin fevral ayı ərzində 335 561 nəfər sözügedən müəssisələrə ümumilikdə 560 464 dəfə müraciət edib. Bu müraciətlər üzrə ümumilikdə 1 214 418 tibbi xidmət göstərilib. Tibbi xidmətlərin 1 045 155-i ambulator, 169 263-ü isə stasionar şəraitdə göstərilib. Yanvar ayı ilə müqayisədə fevral ayında müraciət edənlərin sayında 25% artım olub.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner