Banner
Banner

Xəbərlər

Anomaliyalı qız oğlana çevrildi: BAKIDA NADİR ƏMƏLİYYAT

Anomaliyalı qız oğlana çevrildi: BAKIDA NADİR ƏMƏLİYYAT
11:43 3 Aprel 2021

Bakıda xarici cinsiyyət üzvü qıza bənzəyən oğlan usağı  əməliyyat edilib. Tibb.fed.az medicina.az-a istunaədn xəbər verir ki, uşaq cərrahı Fuad Hüseynov nadir də olsa Azərbaycanda rast gəlinən anomaliyalı körpəni əməliyyat edib.

Həkim bildirib ki, illər sonra gözlənilən və doğulan oğlan uşağının xarici cinsiyyət orqanlarında ciddi deformasiya və daha çox qıza bənzəmə var idi.

Belə ki, uşağın xayaları qarın boşluğunda idi və görünmürdü, xarici cinsiyyət üzvü isə çox kiçik idi.

Uşaq cərrahının sözlərinə görə, belə hallarda şübhəni aradan qaldırmaq və uşağın cinsiyyətini tibbi cəhətdən dəqiq bilmək üçün genetic xromosom analizi aparılır: “Analizin cavabı XY tipli xromosom göstərdi, yəni uşaq oğlandır.

Onun cinsiyyət üzvlərini bu vəziyyətdə saxlamaq olmazdı.

Uşağın normal oğlan usağı kimi böyüməsi, evlənib ata olması üçün elə kiçik yaşlardan əməliyyatlar aparılmalıdır.

İlk əməliyyatı 7 aylıqda keçirdik, qarın boşluğunda olan sağ xaya laporoskopik metodla xayalığa endirildi”.

Həkim bildirdi ki, hazırda xayalardan biri normal hala düşüb. Daha sonra ikinci xaya əməliyyat edilib. Bu problemlər həll edildikdən sonra cinsiyyət orqanı əməliyyat ediləcək.

“Uşağı daha 2 böyük əməliyyat gözləyir.

Gələcəkdə onun normal kişi kimi həyatını davam etməsi üçün əlimizdən gələni edəcəyik”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner