Banner
Banner

Xəbərlər

Amerikalı alimlər bütün koronavirus infeksiyalarına qarşı - SUPERVAKSİN HAZIRLADILAR

Amerikalı alimlər bütün koronavirus infeksiyalarına qarşı - SUPERVAKSİN HAZIRLADILAR
12:26 16 May 2021

Amerikalı alimlər COVİD-19 virusunun bütün ştamlarına qarşı effektli olan supervaksin hazırlayıblar.

Tibb.fed.az bu barədə “Nature” dərgisinə istinadla məlumat verir: Amerikalı alimlər bütün koronavirus infeksiyalarına qarşı super vaksin hazırladılar

Dyuk (Duke) Peyvənd Institutunun (Darem, Şimali Karolina, ABŞ) mütəxəssisləri yeni peyvənd hazırlayıblar. Bu peyvənd sınaqlarda müxtəlif koronavirus infeksiyalarına, o cümlədən SARS-CoV-1, SARS-CoV-2-yə qarşı səmərəliliyini sübut edib.

Alimlər meymun və siçanlar üzərində sınaq aparıblar. Bu heyvanlarda aşı ilə induksiyalanmış antikorlar yalnız Uxan koronavirusunun klassik ştamını deyil, həm də Böyük Britaniya, Cənubi Afrika və Braziliyada yaranan yeni variantları da uğurla neytrallaşdırdı. Bununla yanaşı, meymunlarda aparılan sınaqlar zamanı yeni peyvənd COVID-19 infeksiyasını 100% bloklayıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner