Banner
Banner

Xəbərlər

Almaniyadakı azərbaycanlı alimin növbəti - UĞURU

Almaniyadakı azərbaycanlı alimin növbəti - UĞURU
11:40 27 Aprel 2021

Həmyerlimiz, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev daha bir elmi uğura imza atıb. Onun insult xəstələri ilə bağlı növbəti elmi tədqiqatı Avropada nevrologiya sahəsi üzrə nüfuzlu jurnallardan biri kimi tanınan "European Journal of Neurology"-də dərcə qəbul edilib.

Tibb.fed.az bu barədə Nuran Abdullayevin paylaşımına istinad edir. “Xoşbəxtəm...Bu gün aldığım xəbərə görə insult xəstələri ilə bağlı daha bir elmi tədqiqatımız Avropada nevrologiya sahəsi üzrə nüfuzlu jurnallardan biri kimi tanınan "European Journal of Neurology"-də dərcə qəbul edilib” deyə tibb elmləri doktoru yazıb.

Onun sözlərinə görə "European Journal of Neurology" Avropa Nevrologiya Akademiyasının rəsmi jurnalıdır və orada dərc edilən elmi tədqiqatlar təkcə elmi yeniliklərlə fərqlənmir, eyni zamanda həmin elmi tədqiqatlar Avropada elmin istiqamətini də bəlli edir. “Bugünkü gün bir azərbaycanlı kimi bunu bacarmaq və dünyanın ən tanınmış elm adamları ilə bir sırada durmaq sadəcə qürurvericidir. Arzusunda olan hər kəsə nəsib olmasını diləyirəm”.

Qeyd edək ki, N.Abdullayevin elmi tədqiqatı gənc insult xəstələrindəki effektiv beyin əməliyyatlarının uğurlu icrasından və faydalı kliniki nəticələrindən bəhs edir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner