Banner
Banner

Xəbərlər

Almaniya və Avropanın daha 10 ölkəsi bu vaksini – DAYANDIRDI

Almaniya və Avropanın daha 10 ölkəsi bu vaksini – DAYANDIRDI
21:07 15 Mart 2021

Almaniya və Avropanın daha 10 ölkəsi martın 15-dən etibarən AstraZeneca koronavirus peyvəndinin istifadəsini dayandırıb.

Tibb.fed.az xarici mətbuata istinadən yazır ki, Almaniyanın Səhiyyə Naziri Jens Spahnın sözlərinə görə, buna səbəb vaksinin qanda laxtalanma riski yaratmasıdır. Nazir müvəqqəti dayanmanın xəbərdarlıq olduğunu deyib. “Avropa Dərman Agentliyi (EMA) yeni araşdırmaların vaksinin tanınmasına təsir edib-etməyəcəyinə qərar verəcək”. Vaksin olunmuş 7 nəfərdə beyin damar trombozu qeydə alınıb. Bu rəqəmin ölkədə indiyədək edilmiş 1,6 milyon vaksinasiya ilə müqayisədə "çox aşağı risk" olmasına baxmayaraq, təsdiqlənəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi bildirilib.

Bayram günlərində də vaksinasiya - DAVAM ETDİRİLƏCƏK

İngilis-İsveç şirkəti və Oxford isə peyvəndlərlə qan laxtalanması arasında heç bir əlaqə olmadığını açıqlayıblar. AstraZeneca həftəsonu peyvənd olunanlardan 15 dərin damar trombozu (DVT) və 22 ağciyər emboliyası hadisəsinin "təbii olaraq ümumi populyasiyada gözləniləndən çox aşağı olduğunu" söylədi.

AstraZenica İngiltərədəki peyvənd kampaniyasında geniş istifadə edilirdi, lakin Avropa Birliyində çatdırılma problemləri səbəbindən peyvəndin qəbulu yavaşlamışdı.

İrlandiya və Hollandiya da daxil olmaqla artıq bir neçə Avropa ölkəsi, Oxford Universiteti ilə birlikdə hazırlanmış inyeksiyanın istifadəsini dayandırdı. İtaliya da bu vaksinin istifadəsini müvəqqəti olaraq dayandırıb. Bu vaksinin istifadəsini təxirə salan ölkələrin tam siyahısı – Almaniya, Niderland, İrlandiya, Norveç, Danimarka, İslandiya, Rumıniya, İndoneziya, Bolqarıstan, İtaliya və Fransa. Fransa Prezidenti Emmanuel Makron peyvəndin istifadəsinin sabah günortaya qədər dayandırıldığını açıqlayıb. 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner