Banner
Banner

Xəbərlər

Alimlər COVİD-19-da qan qrupunun niyə əhəmiyyət daşıdığını - MÜƏYYƏN ETDİLƏR

Alimlər COVİD-19-da qan qrupunun niyə əhəmiyyət daşıdığını - MÜƏYYƏN ETDİLƏR
16:51 5 Mart 2021

Koronavirusun ikinci qan qrupu sahiblərinin tənəffüs yollarının hüceyrələrinə xüsusilə asanlıqla nüfuz etməsi mümkündür.

Tibb.fed.az bildirir ki, bu ehtimalı Harvard Universitetindəki Tibb Məktəblərinin və Emory Universitetindən olan (ABŞ) tədqiqatçıları Blood Advances jurnalında dərc olunan məqalələrində irəli sürüblər. Bu kəşf pandemiyanın başlanğıcında diqqət çəkən fenomeni izah edə bilər - koronavirus infeksiyasına yoluxma ehtimalı və eyni zamanda xəstəliyin ağır formasını inkişaf etdirmək riski digər qan qruplarına, xüsusən birinci qan qrupuna nisbətən ikinci qan qrupunda olan insanlarda daha yüksəkdir...

“Koronavirusun yeni ştammlarının ölkəmizə gəlməsi istisna deyil” – AÇIQLAMA

Alimlər koronavirusun səthindəki reseptorları bağlayan domen adlanan, virusun hüceyrələrə yoluxması üçün bağladığı əsas bir sahəyə diqqət yetirdilər. Laboratoriya təcrübələrində tədqiqatçılar  domen virusunun tənəffüs yollarındakı hüceyrələrlə və birinci, ikinci və üçüncü qan qruplarına sahib insanlara aid qırmızı qan hüceyrələri (eritrositlər) ilə necə qarşılıqlı əlaqədə olduğunu araşdırdılar.

Domen virusunun, tənəffüs yollarının epiteliya hüceyrələrinin səthindəki ikinci qan qrupunun antigenlərinə, onlara möhkəm bağlanaraq açıq bir üstünlük verdiyi ortaya çıxdı.

Antigenlər – eritrositlərdə (birinci qan qrupudan başqa) və tənəffüs hüceyrələrində yerləşən spesifik zülal molekullarıdır. Eyni zamanda, virusun ikinci qan qrupunun tənəffüs hüceyrələrinə reaksiyası bənzərsiz oldu – bu effekt nə bu qrupun eritrositlərində, nə də digər qan qruplarına aid digər hüceyrələrdə təsiri müşahidə edilmədi.

Tədqiqatçıların qeyd etdiyi kimi, nəzəri olaraq səthi antigenlərlə bağlanma qabiliyyəti, ikinci qan qrupu olan insanlarda tənəffüs yollarının hüceyrələrinə nüfuz edən virusun sürətini asanlaşdıra bilər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner