Banner
Banner

Xəbərlər

Agentlik haqqını tələb edən tibb işçilərinə – BELƏ CAVAB VERDİ

Agentlik haqqını tələb edən tibb işçilərinə – BELƏ CAVAB VERDİ
16:19 7 May 2021

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əməkdaşlarının əlavə ödəmələri ala bilməmələri səbəbindən etirazı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərəfindən cavablandırılıb.

Tibb.fed.az bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına istinadla xəbər verir.

Agentlik açıqlayıb ki, 2020-ci il ərzində bütün tibb müəssisələrində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə, həmçinin könüllülərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib.

“Bütün tibb və qeyri-tibb işçilərinə xəstəxanaların rəhbərliyi və Agentlik tərəfindən Sərəncam və ondan irəli gələn Qərarın mahiyyəti, ödənişin hesablanması qaydası barədə müfəssəl məlumat verilib. Nazirlər Kabinetinin Qərarı ilə bağlı verilən suallar dəfələrlə Agentlik tərəfindən cavablandırılıb”.

Agentlik bəyan edib ki, fevral ayı ərzində ölkədə koronavirusa yoluxma sayı digər aylara nisbətən çox aşağı olduğundan bu da təbii olaraq tibb və qeyri-tibb işçilərinin işə cəlb olunma günlərinə və saatlarına təsir edib.

“Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən Agentliyə təqdim edilən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısına, iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən cari ilin fevral ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 1542 nəfərə 259 min 72 manat müddətli əlavə ödənilib”.

Agentlik əlavə ödəməni nümunə ilə izah edib: “Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Agentliyin məlumatında həmçinin xəstəliklə mübarizəyə cəlb olunan tibb işçilərinin sağlamlığının qorunması məqsədilə onların bütün zəruri fərdi qoruyucu vasitələrlə təmin olunduğu və Vaksinasiya Strategiyasına uyğun olaraq ilkin mərhələdə bütün tibb heyətin COVID-19 xəstəliyi əleyhinə peyvənd olunduğu da vurğulanıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner