Banner
Banner

Xəbərlər

Ağdaş Rayon Mərkəzi Xəstəxanası – TENDER ELAN EDİR

 Ağdaş Rayon Mərkəzi Xəstəxanası – TENDER ELAN EDİR
08:40 19 Fev 2021

«Ağdaş Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi Şəxs»

Açıq tender elan edir

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot 1. Ərzaq məhsullarının alınması və təminatı (keytring xidməti) satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az - dövlət satınalmalarının vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi: Həsən Osmanov.

İştirak haqqı: 500 (beş yüz) manat

Bank rekvizitləri:

“Ağdaş Rayon Mərkəzi Xəstəxanası”publik hüquqi şəxs

VÖEN: 3300042651

Hesab: AZ27AİİB38060019440353014160

BANK: Kapital Bank ASC

Ağdaş rayon filialı

Bankın VÖEN-i: 9900003611

KOD: 200606

 

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T Bik: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər

1. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

2. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri (hüquqi sənədlərin surətləri notarial qaydada təsdiqli olmalıdır);

3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

4. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

7. İddiaçının analoji işlərdə təcrübəsi, maddi-texniki və kadr imkanları haqqında rəsmi məlumat;

8. İddiaçıların son üç ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə rəsmi məlumat;

9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

10. Azərbaycan Respublikasının Qida təhlükəsizliyi Agentliyi tərəfindən verilən “Qida məhsulları sahəsində fəaliyyət göstərən subiyektlərin dövlət reyistindən çıxarış (Müvafiq qrumun səlahiyyətli şəxsi tərəfindən təsdiq olunmuş formada)

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla digər sənədləri 19.02.2021-ci il saat 17:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 01.03.2021-ci il saat 09:01 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 02.03.2021-ci il saat 09:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner