Banner
Banner

Xəbərlər

2020-ci ildə dünyada tibb sahəsində baş vermiş - 10 ƏN MÜHÜM YENİLİK

 2020-ci ildə dünyada tibb sahəsində baş vermiş  - 10 ƏN MÜHÜM YENİLİK
22:57 24 Fev 2021

2020-ci ilin tibb və elm tarixinə düşəcəyi şübhə doğurmur. Əsl tarixi hadisələr kimi, SARS-CoV-2 koronavirus pandemiyası da faciə olmaqla yanaşı, gələcək inkişaf üçün əsas olacaq. Bununla yanaşı, ötən il tibb tarixində təkcə koronavirusla qalmayacaq.

Tibb.fed.az 2020-ci ildə tibb sahəsində baş verən ən maraqlı yenilikləri və insanların həyatına/sağlamlığına fayda gətirəcək mühüm nailiyyətləri təqdim edir.

1. Koronavirusun dəqiq öyrənilməsi

Lap başlanğıcda koronavirusu indi kimi qəbul etmirdilər. İnsanlara və həkimlərə elə gəli rdi uzaq Çin vilayətində tapılan virus, indiyədək baş verən əksər hallar kimi, yerli kiçik epidemiya olacaq. Amma tədqiqat institutları özünü əksəriyyətin rəyinin əksinə olaraq apardı və bütün gücü SARS-CoV-2-un öyrənilməsinə yönəltdi.

Nəticədə cəmi bir neçə həftə ərzində bu virusun genomunun şifrəsi açıldı, bir ay sonra isə virusun insandan-insana keçməsi xüsusiyyyəti dəqiqləşdi.

Artıq fevralın əvvəlində koronavirusun şəkli və onun insana təsiri mexanizmi dəqiqləşdi.

Mühüm tapıntı: 2000-ci illərin əvvəlində yayılan atipik pnevmoniya (SARS) və Yaxın Şərqdə yayılan respirator sindromundan (MERS) fərqli olaraq SARS-CoV-2 ilə bağlı vəziyyətdə alimlər geri çəkilmədilər və yeni koronavirusun bütün xüsusiyyətlərini öyrəndilər.

2. Koronavirus testləri

Pandemiyanın ilk aylarında aparılan tədqiqatlar və əldə edilən bütün məlumatların açıqlanması imkan verdi ki, artır mart-aprel aylarında koronavirus və ona qarşı testlərlə bağlı ümidverici nəticələr əldə edilsin. Sonradan bu testlər koronavirusa qarşı antellərin öyrənilməsi və real vaksinlərin hazırlanması üçün baza oldu.

3. Koronavirusa qarşı ilk vaksinlər

Artıq yaya aylarından dünyanın eyni vaxtda bir neçə ölkəsində koronavirusa qarşı vaksinlərin hazırlanmasına başlanıldı. Bu işlər Rusiya, ABŞ, Çin, böyük Britaniya və başqa ölkələrdə aparılırdı. 4 vaksin hazırlandı. Bunlar Pfizer/ BioNTech (ABŞ-Almaniya), Moderna (ABŞ), AstraZeneca (Britaniya) və «Sputnik-V» (Rusiya) idi.

Sonuncu araşdırmalar göstərir ki, vaksinlərin effektivliyi 70-95% arasında dəyişir. Hələlik onların yan təsirləri çox olsa da, üstəlik, onun orqanizmmə uzunmüddətli dövrdə təsiri hələ tam dəqiqləşməsə də, dünya 2021-ci ilə böyük ümidlərlə keçdi. Artıq əksər ölkələrdə vaksinləşmə başlayıb. Müxtəlif xəstəliklərdən vaksinlər indiyə qədər də var idi. Amma koronavirusa qarşı vaksinlərin belə tez hazırlanması, üstəlik bu zaman tamamilə yeni innovasiyalı texnologiyalardan istifadə edilməsi (mRNK-vaksin - Pfizer/BioNTech, Moderna) — dünya elm tarixində görünməmiş nəticə idi.

4. Telesəhiyyədə sıçrayış

Onlayn səhiyyə artıq 20 ilə yaxındır ki, mövcuddur, amma məhz 2020-ci ildə karantin dövründə həkimlə məsafədən danışıq və müayinə əsl tapıntı oldu. Onlarla təşkilat və İT şirkətlər bu vəziyyətdən istifadə edərək özlərinin tele səhiyyyə xidmətlərini işə saldılar.

5. CRISPR-Cas texnologiyası Nobelə layiq görüldü

2020-ci ildə kimya sahəsi üzrə Nobel mükafatı fransız alimi Emmanuel Şarpantye və amerikalı Cenifer Daudneyə verildi. Onlar qenomu redaktə edə bilən  CRISPR/Cas9 metodunu kəşf etmişdilər. Bu texnologiyalar istənilən orqanizmin DNK-sına nöqtəvi dəyişikliklər etməyə imkan verir. Söhbət viruslardan tutmuş insana qədər ən müxtəlif canlılardan gedir. Alimlər ümid edirlər ki, bu üsulun vasitəsilə gələcəkdə çoxsaylı xəstəliklər - məsələn VİÇ-infeksiya və AİDS - üzərində qələbə qazanmaq mümkün olacaq.

6. SPID-in müalicəsi mümkün oldu

Yeri gəlmişkən, immun çatışmazlığı və AİDS (SPİD) barədə: 2020-ci il bu xəstəliyin müalicəsində sıçrayış ili oldu. Ötən il keçirilən AIDS-2020 konfransında Braziliyanın San-Paulu universitetinin alimləri elan etdilər ki, artıq SPİD-dən dərmanların köməyi ilə tam sağalan pasiyent var. Ona qədər tibb sahəsində yalnız iki nəfər – Berlin və London pasiyentləri SPİD-dən sağalmışdı. Amma həmin iki nəfər SPİD-dən sümük iliyinin dəyişməsi ilə sağalmışdılar. Braziliyalı pasiyent isə xəstəlikdən sadəcə düzgün hazırlanan ARV-terapiya sayəsində, yəni dərmanların köməyi ilə sağalıb.

7. Yeni antibiotiklər gəlir

Antibiotiklərlə bağlı problemlər çoxdan var, onlar özünü koronavirus pandemiyasında daha qabarıq göstərdi. Məsələ ondadır ki, insanlar antibiotikləri bəzən ağılsızcasına və həddən artıq hallarda istifadə edirlər. Bunun da nəticəsi odur ki, orqanizm və buradakı bakteriyalar antibiotika uyğunlaşırlar və nəticədə gələcəkdə antibiotikin də təsiri olmur.

Bunlar isə ona gətirib çıxara bilər ki, insanlar antibiotiksiz qala bilərlər.

Xoşbəxtlikdən 2020-ci ildə yeni güclü antibiotiklər kəşf edildi. Sentyabrda Rusiya alimləri emerisillipsinin kəşfini elan etdilər. Fevralda Massaçuset Texnologiya İnstitutunun alimləri xelisini kəşf etdilər, dekabrda isə «Nature» jurnalında yeni antibiotiklər sinifinin kəşf edildiyim barədə məlumat yayıldı. Bu antibiotiklər ikiqat təsirə malikdirlər, yəni indiyədək əvvəlki antibiotiklərə qarşı müdafiə qazanmış baketeriyaları da məhv etməyə qadirdirlər.

8. Xərçəngi qan analizi ilə aşkar etmək mümkün olacaq

Bütün dünyada onkoloji xəstəliklər ölümün əsas səbəblərindən sayılır. bXəstəliyin ilkin mərhələdə tapılması və ya insanınn ona meylli olmasının aşkar edilməsi səhiyyə qarşısında düuran əsas məsələlərdən biridir. 2020-ci ildə Böyük Britanayada qanın universal analizi üzərində sınaqlara start verilib. Bu analiz vasitəsilə bir dəfə qan verməklə xərçəngin 50 növünü ilkin mərhələdə aşkar etmək mümkün olacaq. Sınaqlar 2023-cü ildə başa çatacaq və əgər onun effektivliyi sübut olunsa, onda artıq 2020-ci illərin ortalarında xərçəng üzrə qan analizləri kütləvi olacaq. Bu əlbəttə ki, səhiyyədə irəliyə atılan böyük addımdır.

9. Dağınıq skleroza qarşı yeni dərmanlar tapılır

Səhiyyədə tez-tez baş verir ki, bir dərman başqa xəstəlik üçün hazırlansa da, başqa xəstəliyin müalicəsinə daha faydalı orlur. Ofatumumab praparatı hələ 2009-cu ildə FDA (ABŞ-ın qida məhsulları və dərmanlar üzrə idarəsi) tərəfindən təsdiqlənmişdi. O zaman bu dərman xroniki limfoleykoz üçün nəzərdə tutulurdu. 2020-ci ildə isə onun dağınıq sklerozun müalicəsində də istifadəsi təsdiqləndi.

Bununla eyni vaxtda Rusiyada sklerozun müalicəsi üçün okrelizumab praparatı kəşf edildi.

10. Alsqeymer xəstəliyini proqnoz etmək mümkün olacaq

Alsqeymer xəstəliyi üzrə qan analizi — 2020-ci ildə tibbdə edilən növbəti kiçik inqilabdır. Alimlər bu xəstəliyi aşkar etmək üçün qanun plazmasında müvafiq biomarkerləri tapıblar. Bu göstərici imkan verir ki, Alsqeymer xəstəliyinin ilk əlamətlərinə hələ 4 il qalmış xəstəlik tapılsın. Bu da o deməkdir ki, qanın bu analizi pasiyentləri əvvəlcədən dispanserizasiya etməyə və tövsiyələr hazırlamağa imkan verəcək.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner