Banner
Banner

Xəbərlər

2 özəl klinika vaksindən əvvəl müayinə tələbindən – İMTİNA ETDİ

2 özəl klinika vaksindən əvvəl müayinə tələbindən – İMTİNA ETDİ
16:53 11 İyun 2021

“Pfizer” vaksinini vurdurmaq üçün özəl klinikalarda peyvənddən əvvəl tibbi müayinə məqsədilə tələb olunan ödənişlər ləğv olunub.

Tibb.fed.az “Qafqazinfo”-ya istinadən bildirir ki, həmin vaksinin tətbiq olunduğu klinikalardan “Leyla Medical Center” və “Caspian İnternational Hospital”dan 30 manatlıq müayinə ödənişlərinin artıq tələb olunmayacağı xəbər verilib. 

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə vaksin müayinəsi üçün pul tələb olunması narazılığa səbəb olmuşdu və bu mətbuatda işıqlandırmışdı.

Xatırladaq ki, "Pfizer” vaksininin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası, “Leyla Medical Center”, “Caspian İnternational Hospital” və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner