Banner
Banner

Xəbərlər

18 müharibə iştirakçısı və şəhid ailə üzvü əməliyyat olunub, 200 nəfərə - PSİXOLOJİ YARDIM GÖSTƏRİLİB

18 müharibə iştirakçısı və şəhid ailə üzvü əməliyyat olunub, 200 nəfərə - PSİXOLOJİ YARDIM GÖSTƏRİLİB
20:31 18 Aprel 2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən İkinci Qarabağ müharibəsində Vətənin müdafiəsi uğrunda yaralanan şəxslər, habelə şəhid ailə üzvlərinin sağlamlığının bərpası, müalicəsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir.

Tibb.fed.az AZƏRTAC-a istinadən xəbər verir ki, agentliyin nəzdində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinə müharibə iştirakçısı və şəhid ailə üzvlərinin əsas müraciətləri qarışıq həyəcan və depressiv pozuntuları, posttravmatik stres pozuntusu, nevrasteniya, gərginlik tipli başağrıları, cərrahi sarğılara və tikişlərə qulluq, travmatoloji, ürək-damar sistemi xəstəlikləri ilə bağlı olub. Bu barədə agentliyin vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin koordinatoru Nərgiz Hacıyeva açıqlama verib.

Onun sözlərinə görə “Müraciət etmiş şəxslərə ixtisaslı həkim müayinəsi, təkrar müayinə, kliniki laborator və instrumental diaqnostik müayinələr təyin olunub, onların müayinə və müalicəsi üçün zəruri addımlar atılıb. 18 nəfər müharibə iştirakçısı və şəhid ailə üzvləri oftalmoloji, uroloji, travmatoloji, ginekoloji, otorinolarenqoloji xəstəliklər və ümumi cərrahiyyə üzrə əməliyyat olunaraq sağlamlığına qovuşub.

Agentlik və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə təşkilatçılığı, “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib. Həkim heyətinin tərkibində travmatoloq-ortoped, neyrocərrah, ümumi cərrah və digər ixtisaslı həkimlər döyüşlərdə yaralanmış 155 hərbçini müayinə edib və müvafiq müalicələrə cəlb ediblər".

Agentliyin vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin koordinatoru vurğulayıb ki, hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardım göstərilir və lazım olduğu təqdirdə ev şəraitində də müayinələr həyata keçirilir: "Nazirlər Kabinetinin Qərarına əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı bəzi məsələlər barədə komissiya yaradılıb. Qeyd etdiyim kimi, müraciətlərə əsasən qarışıq həyəcan və depressiv pozuntuları, posttravmatik stres pozuntusu, nevrasteniya, gərginlik tipli başağrıları daha üstünlük təşkil etdiyini nəzərə alaraq mart ayının ikinci yarısından etibarən 8 regionda (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Quba, Şəki, Lənkəran Şirvan, Ağdam rayonlarında) yerləşən tibb müəssisələrində psixoloqlar regional fəaliyyətə başlayıb. Davamlı müalicə ehtiyac olduğu təqdirdə isə psixoloqların göndərişi əsasında həkim-psixiatrlar tərəfindən müayinələrə cəlb edilərək təyin olunmuş resept əsasında qeyd edilmiş şəxslərə təmənnasız psixotrop preparatların təchiz edilməsinə başlanılıb. Artıq 200 hərbi qulluqçuya və şəhid ailələrinə psixoloji yardım göstərilib".

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner