Banner
Banner

Xəbərlər

17 nəfər pulsuz oftalmoloji – ƏMƏLİYYAT OLUNDU

17 nəfər pulsuz oftalmoloji – ƏMƏLİYYAT OLUNDU
12:44 10 May 2021

Tibb Universitetinin keçirdiyi növbəti oftalmoloji aksiya zamanı 17 nəfər pulsuz əməliyyat olunub

Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyinin təşəbbüsü ilə hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində aztəminatlı ailələrdən olan tələbələrin pulsuz göz əməliyyatları keçirilir.

Tibb.fed.az bildirir ki, bu barədə ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib. Onun sözlərinə görə, universitetin professoru Gəray Gəraybəyli və həkim-oftalmoloq Qurban İsmayılovun təşəbbüsü ilə bu dəfə 17 nəfərin gözündə zəruri cərrahiyyə əməliyyatı aparılıb.

Universitetin Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov qeyd edib ki, əməliyyat edilənlərdən 2-si rezident, digərləri tələbələrdir. Onların gözündə “Eksimer lazer” əməliyyatı icra olunub.

Qeyd edək ki, ATU rəhbərliyinin təşəbbüsü ilə universitet tələbələri üçün mütəmadi olaraq belə humanitar aksiyalar təşkil edilir. Aksiyanın məqsədi aztəminatlı ailələrin övladlarını dəstəkləmək, həmçinin cəmiyyətdə xeyriyyəçilik təşəbbüslərini təbliğ etməkdən ibarətdir. 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner