Banner
Banner

Xəbərlər

10 qazi müalicə üçün Türkiyəyə göndərildi - SİYAHI

10 qazi müalicə üçün Türkiyəyə göndərildi - SİYAHI
17:05 5 İyul 2021

44 günlük müharibənin iştirakçısı olan daha 10 qazimiz müalicə üçün Türkiyəyə göndərildi.

Tibb.fed.az bildirir ki, ağır yaralanan qazilər “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həmin şəxslərin siyahısını açıqlayıb:

1. Mustafayev Elşən Dilavər oğlu

2. Babayev Elnur Əlihüseyn oğlu

3. Əmirəliyev Nicat Kərəməli oğlu

4. Cavadzadə Fuad Sənani oğlu

5. Əmrahov Ruslan Rəşid oğlu

6. Qəhrəmanlı Yaqub Abdulla oğlu

7. Sadıqov Cəlal Elfaq oğlu

8. Şükürov Tural Vüqar oğlu

9. Mehtiyev Namiq Murəddin oğlu

10. İsubov Rəfail Bayram oğlu

Vurğulanıb ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

 “YAŞAT” Fondunun qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacağı qeyd olunub. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 112 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 48-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner